"İpək Yolu gənclərin gözü ilə" 

16:23 06-05-2019 | icon 370 | Mədəniyyət
"İpək Yolu gənclərin gözü ilə" 

Mayın 2-də Bakı Konqres Mərkəzində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “İpək Yolu gənclərin gözü ilə” adlı sərginin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər. Qeyd olunur ki, sərgi UNESCO-nun təşkilatçılığı ilə gerçəkləşib.

 

Açılış mərasimində çıxış edən UNESCO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

O, Azərbaycanın tarixi İpək Yolunun ürəyi olduğunu və sərginin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək forum çərçivəsində belə bir sərginin təşkil olunmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu sərgidə İpək Yolu üzərində yerləşən ölkələr, orada yaşayan insanların həyat tərzi haqqında əyani təsəvvür yaranır.

 

Daha sonra çıxış edən müsabiqənin fəxri məsləhətçisi, dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti İpək Yolu ölkələrindən olan gənc fotoqrafların sərgilənən fotoşəkillərindən danışıb. Vurğulayıb ki, geniş bir coğrafiyada yerləşən ərazidə xalqlar, ölkələr arasında mədəniyyət, ənənə fərqliliyi olsa da, bu sərgidə bütöv dünya sakinlərinin gözəlliyinin əks olunub. Hər kəsə sülh və savaşsız həyat arzulayıb.

Daha sonra müxtəlif ölkələrdən gələn qonaqlar şərgilənən fotoşəkillərlə daha yaxından tanış olublar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı