OXUYACAĞIMIZ ƏSGƏR MARŞI

21:09 06-05-2019 | icon 965 | Köşə
OXUYACAĞIMIZ ƏSGƏR MARŞI

BİR DƏ VƏD OLUNAN APOKALİPSİS

 

İGİD TEYMURLU

 

Yazını “əuzibillahla başlayıram. İtirilmiş yurd yerlərimizin fonunda bircə kəfənə möhtac Azərbaycan vətəndaşlarının timsalında həpimiz o dünyada kamerton sədaları altında xor kapellası təşkil edib Bərzəx aləmində “BİR AŞKIN HEKAYƏSİ”ni oxuyacağıq... Oxuyacağıq, bəli oxuyacağıq. Etdiyimiz əməllərə görə hər birimiz Haqqın Divanında cavab verəcək, heç kim heç kimin əvəzində sorğu sual edilməyəcək. Bəs Qərbə sarı boylananların, Əsgər Marşından xəbərsiz olanların vəd etdikləri apokalipsisdə bizləri nə gözləyir?..


Hələliksə əməllərimiz qəddimizi sual işarəsi kimi əyib...
Biz savaşdan danışırıq, ancaq savaş adamı kimi davranmırıq!!!
Biz Vətən sevgisindən, biz yurd sevgisindən danışırıq, ancaq Vətən, yurd sevgimizi ortaya qoya bilmirik!!!
Biz qəmimizə, dərdlərimizə sahib çıxmaqdan danışırıq, ancaq o dərdi, o qəmi çimizdə yaşada bilmirik!!!
Biz demokratiyadan danışışırıq, ancaq demokratiyanın ilkin şərtlərindən olan özgür düşüncənin daşıyıcısı kimi davrana bilmirik!!!


Və bütün bunlar həm də ol səbəbdəndir ki, biz hələ də “məndən başlanan vətən”in sınırlarını, “məndən”başlanan Vətən” övladı olmağın cavabdehliyini, məsuliyyətini ya yetərincə dərk etməmişik, ya da dərk etmək həvəsində deyilik...


Uzağa getməyək... Lütf göstərib elə bu yazını oxuyan kimi anındaca ətrafınızda bir sorğu keçirin. 
Odundağ yüksəkliyini, Lələtəpəni fəth edən Azərbaycan Əsgərinin igidliyindən, vətənpərvərliyindən ağızdolusu danışan “yurd sevdalı” arkadaşınızdan soruşun görək Qarabağ uğrunda savaş başlayar-başlamaz könüllü olaraq döyüşə yollanıb Laçın rayonunun 95 faizini elə həmin 1992-ci ildəcə rus və erməni birləşmələrindən təmizləyən, Xankəndinin 30 km-liyinə qədər yaxınlaşan 713 saylı hərbi hissə haqqında nə bilir? Axı Lələtəpəyə gedən yolun başlanğıcında 3 qardaşını Şəhid verib özü yeniyetmə ömrünü yaşayan laçınlı döyüşçü Etibarın müharibənin sinəmizə vurduğu sitəmin bətnindən çıxan bir Çağırışı olub...


Üç qardaşı Şəhid olan, özü də torpaqlarımızın azadlığı uğrunda can qoyub sözün bütün mənalarında bu gün “dəmir adam” olaraq həyatını ehtiyatda olan zabit kimi sürdürən, onurğasında yurd itkisinin ağrısını, acısını, nisgilini yaşadan Etibar adlı Azərbaycan Əsgəri haqqında neçə dəfə mətbu çıxışlar edilib?...


Bu gün Əli İnsanovdan büt düzəldib onu səcdəgaha çevirən Zatlar, sizin Qərbə leylək sədaqəti nümayiş etdirən, erməniyə "firəvan həyat" vəd edən və erməniyə qul psixologiyasından doğan əməyini mesay olaraq ünvanlayan Əli İnsanovlar nə zaman Döyüşçü Oğlanların həm ictimai, həm də fərdi əhəmiyyətli problemlərinin, ağrılarının həllində dövlətin yanında oldular? Həmin Əli İnsanovun firəvan həyat vəd etdiyi erməninin torpağımıza sancılacaq güllləsinə sinəsini sipər edən döyüşçülərsə bir ömür boyu o ağrının, o acının daşıyıcısı olaraq yaşayacaqlar. Siz də bundan yanasınızmı, Əli İnsanovdan büt düzəldənlər!?..


JuHİ sədri Müşfiq Ələsgərlinin “Əli İnsanov – başına kəfən keçirmiş qisasçı” yazısını oxuyanda demək istədiklərimin əksər hissəsini orada tapdığımdan bu gözəl yazını sosial şəbəkə üzərindən paylaşım etdi. Mənim gördüyüm qədərində Müşfiq bəyin yazdıqları həqiqətin özü idi. Elmi, siyasi, ictimai, publisistik fəaliyyətinə çox hörmətlə yanaşdığım dostlardan biri məni bu paylaşımı etməkdə bir az qınadı və Müşfiq bəyin yazısını hətta mənim əvəzimdən belə “şedevr” kimi dəyərləndirilməsinə təəssüf etdiyini bildirdi...


Mən də təəssüfləndim, dəyərli dostumuzun məsələyə yanaşmasında patriotizmin görüntü xarakteri daşıdığına görə təəssüfləndim...


Çünki, dostumuzun mövqeyində savaş adamının, özgür düşüncə sahibinin, dərdlərimizi içində yaşadan yurd sevdalısının, demokratik dəyərlərə sayğıyla yanaşan bir kəsin və “məndən başlanan Vətən”in sınırlarına görə gavur təhlükəsindən narahat olmayan potensial əsgərin davranışının şahidi oldum. Təəssüf, çox təəssüf!!!
Bu gün məmləkətimizdə üzdə olan ictimai-siyasi fiqurların baş verən proseslərə münasibətlərində bir vəftiz ritualı sezilməkdədir. Məhz bu fiqurların düzgün olmayan yanaşmalarının məntiqi nəticəsidir ki, cəmiyyətimizdə bütün spektrlər üzrə bir şəbəkələşmə, bir cəbhələşmə getmədədir. Hər kəs bir mesionik fiqur axtarışındadır. Hər kəs öz fiqurunu vəftiz etməklə cəmiyyətə onları az qala Müqəddəs Ruh kimi təqdim edirlər. Hər kəsin özünün apokalipsis düşüncəsi var. 


Ərz etmək zorundayam ki, dayandığı siyasi cəbhədən və müdafiə etdiyi ideologiyadan asılı olmayaraq hər birimiz bu fani dünyadan fərqli olaraq o dünyada Haqqın Divanına çəkiləcəyik. Və hərə öz əməlincə qiymətini alacaq. Elə ol səbəbdən də indi bir para şeylər deyilməlidir. 


Hər şey dövlətçiliyimiz naminə köklənibsə və köklənib də, onda bu yurd, bu torpaq uğrunda can qoyan oğlanlar 713 saylı hərbi hissənin əsgərləri kimi gözdən, könüldən uzaqda qalmamalıdırlar!


Hər şey dövlətçiliyimiz naminə köklənibsə və köklənib də, onda dövlətçiliyimizə münasibətdə İnsanovcayağı yanlış təmayüllərin, fərdlərin ortaya atdıqları çürük ideoloji toxumların səpilməsinə yol verilməməlidir!


Hər şey dövlətçiliyimiz naminə köklənibsə və köklənib də, onda bu dövlətin, bu millətin yolunda can fəda edən Oğlanların keçdiyi döyüş yoluna işıq salınmalı, torpaqlarımızı işğalda saxlayan erməniyə firəvan həyat arzulayan ot, ələflər öz adlarıyla çağırılmalıdır! 
Hər şey dövlətçiliyimiz naminə köklənibsə və köklənib də, Əli İnsanovların timsalında səpilən çürük ideoloji toxumlara bel bağlamamalıyıq!.. Bu qocanın kimliyi, əməlləri məgər millətə bəlli deyilmi ki, indi ondan büt düzəldirlər? Əfəndilər, türmə həyatından öncə Əli İnsanovun kötüklüyünü bu millət apaydın olaraq görüb. Kötük ikən gördüyünə bu millət indi necə sitayiş edə bilər? 
Məgər bu millətin müxalifəti, məgər bu millətin özünə “azad mətbuat” yarlığını siğə edən kütləvi informasiya vasitələri Azərbaycan səhiyyəsində elə həmin qocanın qurduğu biabırçı sistemin özəlliklərindən zaman-zaman tutalğac olaraq istifadə etməklə bu iqtidarı, bu hakimiyyəti tənqid obyektyinə çevirməyibmi!? Əfəndilər, bir az silkələnib, özünüzə gəlin - o zaman görəcəksiniz ki, tənqid etdiklərinizə görə yükümlü olan elə həmin bu qoca olub...


Əuzibillah... İndi Azərbaycanda hər kəs sevdiyi aşkın hekayəsini oxumaqda və öz hekayəsini məmləkət əhlinə sırımaqdadır. İndi Azərbaycanda "erməni xalqı bizim düşmənimiz deyil" deyən dəstənin üzvləri yavaş-yavaş dingildəşdikləri kol dibindən çıxıb xalqa qızıl teşt vəd edirlər. Bizə gözlənilməsi vəd edilən apokalipsisdə içinə qan qusacağımız qızıl teşt lazım deyil...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF