26 ildir itkin düşən həmyerlimiz tapıldı

02:27 08-05-2019 | icon 462 | Cəmiyyət
26 ildir itkin düşən həmyerlimiz tapıldı

İyirmi altı ildir Ukraynada itkin hesab edilən həmyerlimiz Şükürov İlham Ağamirzə oğlu Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Vətənə yola salınıb.

 

Versus.Az Azərtac-a istinadən xəbər verir ki, həmyerlimiz bu müddət ərzində Dnepr şəhərində baxımsız vəziyyətdə yaşayıb.

 

Doğmaları onun itkin düşdüyünü hesab ediblər. Bu günlərdə səfirliyimiz və həmyerlimiz Ruslan Seyidovun səyi nəticəsində İ.Şükürov tapılaraq ilkin olaraq xəstəxanada müalicə etdirilib.

 

İ.Şükürovla keçirilən görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq vətəndaşlarımızın problemlərinin həlli səfirliyin prioritet istiqamətlərindən biridir. Artıq səfirlik tərəfindən bir neçə vətəndaşımıza qayğı göstərilərək Vətənə yola salınıb. İ.Şükürovun da sənədləri düzəldilərək Azərbaycana, doğmalarının yanına göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür