Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin vaxtı uzadılıb

02:40 08-05-2019 | icon 359 | Təhsil
Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı uzadılıb.

Versus.Az -ın xəbərinə görə, bakalavrlar sabah saat 10:00-a kimi öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Bu gün saat 22:30-a olan məlumata əsasən, 8667 bakalavr (Azərbaycan bölməsi üzrə 7937, rus bölməsi üzrə 730) öz ərizələrini təsdiq edib.

2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı bu gün 23:59-da başa çatırdı.

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı