Gürcü aksiyalarını izləyib, əsəb, stress keçirməkdənsə...

16:15 08-05-2019 | icon 786 | Kürsü
Gürcü aksiyalarını izləyib, əsəb, stress keçirməkdənsə...

Nə yazıq ki, bizdəki ictimai aktivlik çox aşağıdır

 İLQAR ALTAY

/İctimai Tədqiqatlar Mərkəzi,
hüquq ü.f. doktoru, (Ph.D./

 

Bir nəfər, Gürcüstanın özündə belə, ciddi qəbul edilməyən avara gürcü siyasətçisi Azərbaycan sərhəddinə gəlib, dağın başından biz tərəfdəki xristian məbədinə tərəf ərazi iddiasıyla bagırdı. Biz də yazdıq ki, buna baş qoşmayaq, məsələni iki dövlət beynəlxalq hüquq norması əsasında, öz aralarında danışıqlarla, ədalətlə həll etsinlər.

 

Sonra Gürcüstan prezidenti və Patriarxı məsələ ilə bağlı Azərbaycan tərəfə xoş məramlı danışıq bəyanatları verdilər. Və gecikmədən dövlərarası rəsmi danışıqlar başlandı bu problem ətrafında. Bu arada da, qeyri-rəsmi gürcü millətçiləri peşə, funksiya fürsəti tapıb və sərhəd boyu yığışaraq şou-tədbir düzəldirlər. Həm bir, ictimai ya siyasi qüvvə kimi xalqa özlərini təsdiq etmək, həm də beynəlxalq dairələrin diqqətini cəlb etmə üçün...

 

Dünya da belədir, nə bilim, "nə" deməyənə pəpə yoxdu. Kim problemini haqlı-haqsız tez və bərk qışqıqıb ağlaşdı, ona diqqət edirlər. Almaniyada oturan nə bilir, Gürcüstan-Azərbaycan sərhəddi harada, necə kəsişir.. Keşikçidağ məbədi harda yer alıb. Elə bilirlər bu məbəd Gürcüstan ərazisi tərəfdədir, bizim əsgərlər keçib o tərəfi tutublar. Yəni, onların millətçi, dindarları dövlətdənkənar qeyri-rəsmi informasıya mübarizəsi başlayıblar, baxmayaraq ki, dövlətlərarası həlli gedir bu işin.

 

Bu ictimai həmləyə də cavab kimdən olmalıdır? Təbii ki, bizim cəmiyyətdən. Bizim cəmiyyət isə susur. Susma isə, alicənablıq deyil, günahkarlıq kimi sayılır. Söhbət sözdə yox, əməli addımlarda susmaqdan gedir. Olmazmı, bizim böyük əhalili Şəmkir-Tovuz-Qazax qərb zonamız var, həmin o rayonlardan, bir-neçə yüz aktiv, milli-vətənsevər gənclərimiz eynilə həmin sərhəddə elə o cür də sivil-taktiki formada bayraq-şüarla toplaşsınlar?

Oradan isə gürcü xalqına, dünyaya çatdırsınlar ki, ay qonşu qardaşlar, bu Azərbaycan dövlətdir. Rəsmi dövlət sərhədi var, necə ki Gürcüstanınkı kimi... Azərbaycan ərazisindəki məbəd, muzeyə, toy, yasa baş çəkmək, sərhəd-keçid məntəqəsi var, oradan edilməlidir. Yaxud da, həmin məbəd yolu üzrə, Azərbaycanın da təhlükəsizliyinin təmini ilə bir sadələşdirilmiş qayda tətbiq edilsin. Necə ki, biz Gürcüstanın sərhəd ərazisindəki qohumlara ya məbəd-qəbirlərimizə zorla baş çəkə bilmirik.

Bu qaydadan sonra buyurun, lap, xoş gəlirsiniz! Qoy hamı, dünya da görüb bilsin ki, biz bir xalq-cəmiyyət olaraq gürcü xalqına onun mili və dini nümunələrinə də nifrət yox, hörmət ruhundayıq. Vəssalam. Nə çətindir bunu etmək, oturub sayt, videolardan sərhəddə gürcü aksiyalarını izləyib, əsəb, stress keçirməkdənsə? Sərhəd haradadır, uzaq Afrikada deyil ki, yığışıb da getmək üçün...

Nə yazıq ki, bizdəki ictimai aktivlik çox aşağıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi