Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə

16:53 08-05-2019 | icon 319 | Siyasət
Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə

“Sizin çox güclü Prezidentiniz var. O, çox güclü liderdir”

 

Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstan parlamentinin ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşüblər.

 

Versus.Az xəbər verir ki, nümayəndə heyətinə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri başçılıq edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərdən söz açan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov müstəqillik dövründə əlaqələrimizin müsbət məcrada inkişaf etdiyini bildirib.

 

Ə.Amaşov Azərbaycanla Gürcüstanın dövlət rəsmiləri və parlamentarilər arasında intensivləşən görüşlərin, qarşılıqlı səfərlərin müsbət nəticələr verdiyini bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

O, bölgədə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi bir sıra qlobal layihələrin regionun inkişafına böyük töhfələr verdiyini qeyd edib və çoxşaxəli əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Z.Dzidziquri ölkəmizlə əlaqələrin daha sıx və möhkəm olmasını arzuladıqlarını bildirib. Z.Dzidziquri ticarət, turizm, sənaye və digər sahələrdə əməkdaşlığı hər zaman dəstəklədiklərini qeyd edib. O, Azərbaycanın qazandığı nailiyyətlərdə dövlət başçısının xüsusi rolu olduğunu bildirib:

“Sizin çox güclü Prezidentiniz var. O, çox güclü liderdir”.

 

Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov, Flora Qasımova çıxış edərək gürcü həmkarlarının diqqətini bir sıra vacib məsələlərə yönəldiblr. Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırıblar.

Görüşdə aparılan fikir mübadiləsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin