Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb

18:53 08-05-2019 | icon 477 | İqtisadiyyat
Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb

"Azərbaycan son illərdə kompleks islahatların keçirilməsi sayəsində öz beynəlxalq reytinqlərini yaxşılaşdırıb".

 

Versus.Az milli.az-a istinadən xəbər verir ki, bunu baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş və memorandumların imzalanması mərasimində deyib.

O qeyd edib ki, Dünya Bankının "Doing Business" hesabatına əsasən Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Ölkə kiçik biznes investorlarının maraqlarının qorunması göstəriciləri üzrə ikinci yeri tutub, biznesə başlamaq göstəriciləri üzrə isə islahatçı ölkələrin ilk onluğuna daxil olub:

"Biznes mühitin yaxşılaşması və rəqabətin artması, eləcə də ölkənin beynəlxalq reytinqlərinin yüksəlməsi üçün 2016-cı ilin iyulunda Prezident İlham Əliyev biznes mühit və beynəlxalq reytinqlər üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb. Komissiya çərçivəsində biznes dialoq üzrə dövlət platformasının yaradılması nəticəsində 19 istiqamət üzrə 280 iştirakçıdan ibarət işçi qruplar yaradılıb".

Y.Eyyubov qeyd edib ki, iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafı sürətlənib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur