“Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirilib

19:10 08-05-2019 | icon 361 | Mədəniyyət
“Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirilib

Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan Kinosu" mövzusunda konfrans keçirilmişdir.

 

Versus.Az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 1-ci katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev Ümumilli lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi misilsiz tövhələrdən, onun Azərbaycan kinosunun hamisi olması haqda danışıb. Cəmil Quliyev qeyd edib ki, 121-ci ilini qeyd edəcəyimiz Azərbaycan kinosu Heydər Əliyevin adı ilə bağlıdır. Məhs Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, "Milli Kino Günü" yaradılıb. Şəxsən onun qayğısı ilə "Nəsimi", "Dədər Qorqud", "Babək", "Cavid Ömrü", "Hökümdarın taleyi" və başqa tarixi filmlər ərsəyə gəlib.

Tədbirin davamında çıxış edən Prezident təqaüdçüsü, kinoşunas Aydın Kazımzadə 1984-cü il 18 mayında, Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşündən danışıb.

Tədbirin sonunda rejissoru Etibar Məmmədov olan "Qalxan və Qılınc" filmi nümayiş olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür