“Zülmdən doğan işıq” - FİLM TƏQDİMATI

09:06 09-05-2019 | icon 444 | Mədəniyyət
“Zülmdən doğan işıq” - FİLM TƏQDİMATI

Bakı Şəhər Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.

 

Açılış zamanı C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək qonaqları salamlayaraq, C.Cabbarlının həyat və yaradıcılığı, xüsusilə istiqlal dövrü, sovet dövründə yaradıcılığının gizli saxlanılan məqamları haqqında danışıb.

 

Yaradıcı heyət adından çıxış edən ssenari müəllifi və rejissor Babək Abbaszadə və bədii rəhbər Tahir Tahiroviç filmdə dramaturqun Azərbaycan Demokratik Respublikasının Parlamentində gördüyü işlərdən, “İstiqlal” qəzetinin redaktoru kimi fəaliyyətindən, həbsxana dövründə yazdığı şeirlərdən, həmçinin şəxsi həyatının naməlum qalmış səhifələrindən bəhs edildiyini vurğulayıblar.

 

Sonra film nümayiş olunub. “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli film tamaşaçıların geniş marağına səbəb olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür