UNEC-də Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçirilib.

14:07 09-05-2019 | icon 386 | Təhsil
UNEC-də Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçirilib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçirilib.

Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi” olub.

Xatırladaq ki, Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

“TEDx UNEC konfransında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixinin xilaskarlıq missiyası geniş şəkildə göstərildi”

Versus.Az azedu.az-a istinadən xəbər verir ki, bu sözləri  millət vəkili, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, TEDx dünyada  çox geniş yayılan nüfuzlu platformadır:

“UNEC-də Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan  TEDx tədbiri keçirildi. Bu tədbir xüsusən texniki göstəricilər baxımından da  yaddaşda qaldı. TEDx UNEC konfransında məruzəçilərə 18 dəqiqə vaxt verilmişdi. Bu  çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin yaradılması və inkişafında müstəsna  xidmətləri  müxtəlif aspektlərdə izah edildi. Konfransda Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixinin xilaskarlıq missiyası geniş şəkildə göstərildi. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı , Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışında Ulu öndər Heydər Əliyevin hakimiyyətinin I və II dövründə  həyata keçirdiyi siyasət müqayisə olundu. Ulu öndər Heydər Əliyevin əsrin müqaviləsi imzalaması onun müstəsna xidməti idi. Məhz o zamandan  Azərbaycan inkişafının əsası qoyuldu. TEDx UNEC konfransında  Heydər Əliyevin həm iqtisadi, siyasi həm də sosial  beynəlxalq sahədə atdığı misilsiz addımları bir daha vurğulandı. Konfransda bir daha qeyd edildi ki, Ulu Öndər Heydər  Əliyevin əsasını qoyduğu inkişaf kursu onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Hesab edirəm ki, gələcəkdə TEDx konfransı “Müasir texnologiyaların Azərbaycan təhsil sisteminə tətbiqi” mövzularında da keçirilsə yaxşı olar. Həmçinin, TEDx konfransında Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə bağlı məsələləridə müzakirə oluna bilər". 

Millət vəkili Sahib Məmmədovun sözlərinə görə, TEDx UNEC konfransı çox yüksək səviyyədə təşkil olunmuşdu:

“TEDx konfransı dünyada çox geniş yayılmış  platformadır.  Bu baxımdan TEDx UNEC-də keçirilən konfrans möhtəşəm idi.   Konfransçox yüksək səviyyədə təşkil olunmuşdu. Həmçinin, konfransın mövzusu da çox möhtəşəm idi. Konfransda çıxış edən məruzəçilər də öz fikirlərini yüksək səviyyədə ifadə edə bilirdilər. TEDx UNEC konfransında tələbələrin şeirlər səsləndirməsi də çox maraqlı idi.  Hesab edirəm ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir.  TEDx konfransını istənilən mövzularda təşkil etmək olar.  Düşünürəm ki, gələcəkdə TEDx konfransı  “Sosial şəbəkələr və onların insan həyatına təsiri”və ya bu dövrdə  yayılan bir çox aktual məsələlərə  həsr olunsa yaxşı olar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı