Böyük bəstəkar Arif Məlikov vəfat etdi

14:11 09-05-2019 | icon 379 | Mədəniyyət
Böyük bəstəkar Arif Məlikov vəfat etdi

Azərbaycanın dünya şöhrətli bəstəkar, Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Versus.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, bəstəkarla vida mərasimi bu gün saat 14:30-da Bakı Musiqi Akademiyasında keçirilləcək. Mərhum I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, bəstəkar və rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. A.Məlikov son günlərədək orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışırdı.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - ”Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

Bəstəkar “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol