Apreldə Dövlət Miqrasiya Xidmətinə 10 min 646 zəng daxil olub
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzinə aprel ayında 10 min 646 zəng daxil olub.
Versus.Az xəbər verir ki, DMX-dən bildiriblər ki, onlardan 9659-u Azərbaycan, 739-u rus, 248-i isə ingilis dillərində cavablandırılıb.
Qəbul edilən zənglərin 693-ü daimi, 3077-si müvəqqəti yaşama icazəsi, 969-u vətəndaşlıq məsələləri, 618-i iş icazələri, 305-i inzibati xəta, 732-si olduğu yer üzrə qeydiyyat, 4252-si isə digər məsələlərlə əlaqədar olub.
Versus.Az
Xəbər lenti
"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"
"Ətrafda yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var"