Heydər Əliyev Mərkəzində Tomas Andersin konserti olub

15:31 09-05-2019 | icon 351 | Mədəniyyət
Heydər Əliyev Mərkəzində Tomas Andersin konserti olub

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib. "Musiqi centlmeni - Tomas Anders" adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, məşhur hitlərini səsləndirib.

 

Versus.Az yerli mətbuata istinadən xəbər verir ki, tamaşaçıları "Salam, Bakı", - deyə salamlayan Tomas Anders bu şəhərdə13 il əvvəl olduğunu və ötən müddət ərzində Bakının çox dəyişdiyini, gözəlləşdiyini qeyd edib.

Müğənni Heydər Əliyev Mərkəzinin çox heyrətamiz memarlıq incisi olduğunu vurğulayıb: "Bura mənim indiyədək olduğum bütün məkanların ən gözəli, ən möhtəşəmidir. Binanın arxitekturası insana ilham verir".

Tomas Anders konsertdə "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirib. Bayram ab-havalı konsertdə tamaşaçılar da ifalara qoşulub, hitləri müğənni ilə birgə oxuyublar.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir.

Tomas Anders Diter Bolenlə birlikdə yaratdığı "Modern Talking" qrupunun "You're My Heart, You're My Soul" adlı ilk sinqlı 81 ölkədə birinci olub. Qrup fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.

 

"Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı