Rasim Musabəyova ismarıc

16:07 09-05-2019 | icon 367 | Cəmiyyət
Rasim Musabəyova ismarıc

Əlabbas Məhərrəmli: “Kücə ticarəti və onların fəsadları elçisi olduğunuz rayonlarda daha kritik vəziyyətdədir”

 

İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun "Azneft" meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları "nəticə" verib. Belə ki, həmin "popkorn" satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.

 

Versus.Az xəbər verir ki, baş vermiş hadisəyə münasibətini bildirən müstəqil ekspert Əlabbas Məhərrəmli qeyd edib ki, küçə ticarəti Rasim Musabəyovun deputat seçildiyi dairədə daha geniş yayılıb və millət vəkili həmin ərazilərə də diqqət ayırsa yaxşı olar:

"Səhv etmirəmsə, Rasim Musabəyov parlamentdə Bakının Nərimanov və Nizami rayonlarını təmsil edir. Rasim müəllim, nə oldu sizə? Beynəlxalq siyasətdən, politoloqluqdan hara gəlib çıxdınız?  Bu kücə ticarəti və onların fəsadları elçisi olduğunuz rayonlarda daha kritik vəziyyətdədir. Bəlkə arabir o ərazilərdən də kecəsiniz? Seçicilərinizin bir qisminin yaşadığı Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzi yanıb kül oldu. Nə yanğın vaxtı, nə də sonradan sizi orada görən oldumu?

Mən qəbul edirəm, siz xarici siyasətdə yetərincə savada, biliyə maliksiz. Amma... Amması budur ki, gərək hərdən daxili siyasətlə də maraqlanasınız. Bilirsiz ki, "Popkorn" satan qız sizin ucbatınızdan işsiz-çörəksiz qalıb. Onun ünvanını öyrəndinizmi ki, heç olmasa qızı axtarıb bir iş tapmasına kömək edəsiniz? Mən sabah seçkilərdə o qızın yaşadığı dairədən "Namizədəm" deyib necə səs istəyim? Axı sizin timsalınızda bir deputat o qızı çörəksiz qoyub. Ona görə də "deputat" adını eşidəndə aqressiv davranırlar. Etməyin. Artıq gedin dincəlin. Səməd Seyidovun sözü olmasın, parlament həqiqətən də dəyişməlidir".

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?