AMİP-dən prezident seçkiləri ilə bağlı QƏRAR

10:15 16-12-2023 | icon 955 | Siyasət
AMİP-dən prezident seçkiləri ilə bağlı QƏRAR

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə AMİP-in mətbuat xidmətinin məlumatında bildirilib.

 

İclasda növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub. Müzakirələr zamanı 7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçki kimi tarixə düşəcəyi xüsusi olaraq qeyd edilib.

 

Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib. AMİP-in Prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi haqqında qərar qəbul edilib.

 

AMİP Siyasi Şurası həmçinin, qanunvericiliyə müvafiq olaraq seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul edib.

 

İclasda 23 dekabr 2023-cü il tarixinə AMİP Ali Məclisinin iclasının çağırılması haqqında da qərar qəbul olunub.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...