Müharibənin ən qızğın dövrlərinin şahidi - 97 yaşlı veteranımız

16:26 09-05-2019 | icon 444 | Gündəm
Müharibənin ən qızğın dövrlərinin şahidi - 97 yaşlı veteranımız

Bu gün Böyük Vətən müharibəsinin bitməsindən 74 il ötür. Faşizm vəhşiliyinə qarşı gedən Böyük Vətən Müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Cəbhədə igidliyə görə 139 soydaşımız “Sovet İttifaqı” Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.

Versus.Az xəbər verir ki, Baku.TV-nin məlumatına görə, 97 yaşlı Ələkbər Təhməzov 1941-1945-ci illər müharibəsinin canlı şahidi olmuş veteranlarımızdan biridir.

 

 

O, Böyük Vətən müharibəsi zamanı igidliyə görə müxtəlif medallarla təltif olunub.

Ə. Təhməzov bildirib ki, hərbi divizionda sürücü olub və artilleriya atışlarına, yolların pis olmasına baxmayaraq, döyüşçüləri hər zaman silah-sursatla və yanacaqla təmin edib.

Veteranımız müharibənin ən qızğın dövrlərinin şahidi olub. Amma yaşından dolayı həmin dövrlə bağlı bir çox hadisələri çətinliklə xatırlayır.

Hər il 9 May – Qələbə günü ölkəmizdə geniş şəkildə qeyd olunur. Azərbaycan xalqı Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarının tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaq. Onların həyat yolu indiki və gələcək nəsil üçün nümunədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...