Xaricdə oxuyan tələbələrimizin ən aktiv olduqları ölkələr

16:46 09-05-2019 | icon 439 | Təhsil
Xaricdə oxuyan tələbələrimizin ən aktiv olduqları ölkələr

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

 

Maraqlıdır, bəs xaricdə təhsil alan tələbələrimiz oxuduqları ölkələrdə ictimai fəallığı, Azərbaycanı təbliğetmə aktivlikləri necədi?

 

Versus.Az azedu.az istinadən xaricdə təhsil üzrə ekspertlərin fikrini təqdim edir:

 

“Azərbaycanlı tələbələr heç bir xarici ölkələrdə sosial  fəallıq göstərmirlər”

Bu sözləri xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. Onun sözlərinə görə, Macarıstan və Türkiyədə təhsil alan tələbələrimiz bu yöndə nisbətən fəaldırlar:

“Orta məktəblərimizdə təhsil alan şagirdlərimiz aktiv olmadıqlarından sonradan oxumağa getdikləri xarici ölkələrdə bu istiqamətdəki passivlik davam edir.

Onu da  bildirim ki, Polşada təhsil alan tələbələrimizin də sosial aktivliyi o birilərinə nisbətdə çoxdur.

 

Fikrimcə, şagirdlər  ilk növbədə  orta məktəbdə sosial fəal olmağı öyrənməlidirlər. Xaricdə təhsil alan bəzi tələbələr var ki, universitetin karyera mərkəzinin nə demək olduğunu da bilmirlər. Hətta xaricdə təhsil alan bəzi tələbələr “Erasmus”, “Foundation” nə demək olduğunu da anlamırlar. Bəziləri  adicə sual verməyə də utanırlar. Onu da bildirim ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyədə təhsil alan tələbələrimiz  daha çox aktivdirlər.

 

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyevin sözlərinə görə, azərbaycanlı tələbələr xarici ölkələrdə heç sosial aktiv deyillər:

“Azərbaycanlı tələbələr daha çox Türkiyə, İtaliya, Ukrayna, Macarıstan, İngiltərə, Amerika kimi ölkələrdə sosial aktivdirlər. Amma azərbaycanlı tələbələr istənilən səviyyədə xarici ölkələrdə aktiv deyillər. Xaricdə təhsil alan tələbələrimizin sosial aktivliyi üçün vahid nəzarət qrupu yaradılsa yaxşı olar.  Onu da bildirim ki, azərbaycanlı tələbələr son zamanlar Pribaltika ölkələrində də sosial aktivlik göstərirlər”.

 

 Türkiyədə təhsil üzrə mütəxəssis Rəşad Abbasov da bildirib ki, xarici ölkədə azərbaycanlı tələbələrin sosial aktivliyi  sayca azlıq təşkil edir:

“Türkiyədə tələbələrin sosial aktiv olması üçün çox gözəl şərait mövcuddur. Amma təəssüf ki, sosial aktiv azərbaycanlı tələbələrin sayı azdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...