98 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısının danışdıqları

17:00 09-05-2019 | icon 91 | Tarix
98 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısının danışdıqları

Yaşı 100-ə çatmağa az qalsa da, sərbəst yeriyir, səlist danışır, xatirələri də bu gün olduğu kimi yadındadır

 

Bir ananın 4 oğlu müharibəyə gedir. Hamısı sağ qayıdır, lakin hərəsi yara ilə. Biri qolunu itirir, digərləri ağır yaralanır. Ancaq müharibənin qan-qadasından xilas olub doğma yurdları olan Laçın rayonuna geri dönməyi bacarırlar.

 

Versus.Az xəbər verir:

İndi onlardan yalnız biri, 98 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı Əlikişi Cümşüdov həyatdadır. Bu yazımızın qəhrəmanı da elə gəncliyinin 5 ilini müharibədə itirən, vətəni uğrunda döyüşüb cəbhədən yaralı qayıdan Əlikişi babadır.


Yaşının 100-ə çatmasına az qalsa da, sərbəst yeriyir, səlist danışır, xatirələri də bu gün olduğu kimi yadındadır. Bizə verdiyi vədinə sadiq qalır, paytaxtın istirahət parklarının birində , onun tez-tez üz tutduğu məkanda görüşürük. Bu günlərdə təqvimi çox zəngindir, 9 may faşizm üzərində qələbə bayramı münasibətilə Böyük Vətən Müharibəsi iştirakçıları üçün çoxsaylı tədbirlər keçirilir və Əlikişi Cümşüdov o tədbirlərin əsas iştirakçılarındandır.

 

1921-ci ildə Laçın rayonunda anadan olan qəhrəmanım 1942-ci ildə qardaşlarından biri cəbhədə qolunu itirib geri döndükdən sonra onun “veş meşok”unu götürərək cəbhəyə yollanıb. Öncə cəbhəyə gedənləri Naxçıvana, xüsusi kursa göndərib təlim keçiblər, daha sonra onları Dərbəndə göndəriblər. İlk döyüşə Mozdokda qatılan Əlikişi Cümşüdov çiynindən ağır yalanıb və 3 ay Mahaçqaladakı hospitalda müalicə olunub:

“Ən çox yadımda qalan ilk dəfə yaralanmağım oldu. Çox həyəcan keçirmişdim. Ancaq qospitalda həkimlər bizə çox yaxşı baxırdılar. O həkimlərin bacarığı bir sirr idi. Elə yaralı gəlirdi ki, bədəninin yarısı yox idi, ancaq onu sağaldırdılar, ölməyə qoymurdular. Növbəti döyüşüm Novorossiyskdə oldu. Orada çox itki verdik. Amansız döyüşlər gedirdi. Meyit o qədər çox idi ki, yerimək mümkün deyildi. Ayağımızın altı meyitlə dolu idi. Almanlar yüksəklikdə, biz isə aşağıdayıq. Başımızın üstündən güllələr, bombalar səpirdilər. Ancaq əmr gəldi ki, irəli getmək lazımdır. Birdən necə bomba atdılarsa, yanımdakı döyüş yoldaşımla mən ağır yaralandıq. Mənim qolum , başım, sifətim yara içində idi. Bizi həkim məntəqəsinə gətirdilər. Ancaq silahını təqdim etməyəni oraya buraxmırdılar. Qayıdıb silahımı tapdım, təhvil verdim. Oradan məni Moskvaya, hospitala göndərdilər. Bir neçə ay müalicə aldım”.

 

Qəhrəmanım deyir ki, müalicə aldıqdan sonra onu üçüncü dəfə müharibəyə göndəriblər, lakin döyüşlərə qatılmayıb:

“Sonra yenidən bizi müharibəyə göndərdilər. qış ayları idi, dəhşətli şaxta var idi. 1944-cü il idi. Bizə qalın kürklər, çəkmələr verdilər. Bir meşədə vaqonlardan töküldük , komandirlər bizdən kimin nə şikayətini olduğunu soruşdu. O zaman mən də yaralı əllərimi göstərdim. Sonra bütün yaralıları, şikəstləri kənara çıxartdı. Komandirlərə əsəbləşdi ki, mənə güclü , sağlam əsgər lazımdır, bu yaralıları niyə gətirmisiniz. Bizi yenidən hospitala göndərdilər. Sonra məni ordudan tərxis etdilər, bildirdilər ki, sən daha ön cəbhədə hərbi xidmətə yararlı deyilsən. Bundan sonra SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindəki hərbi hissədə işləməyə başladım. Burada hərbi əsir güşərgələri, türmələr hamısı DİN-in nəzdində idi. Bu minvalla Latviyada, Litvada, Taylində və başqa şəhərlərdə oldum. Hərbi əsirlərə nəzarət edir, onları işləməyə aparırdıq. Əsirləri səhər Belarusun Traktor Zavodunda işləməyə gətirir, axşam isə geri qaytarırdıq. Bununla yanaşı, əsirlərin vaqonlarla köçürülməsini də bizə tapşırmışdılar. Aralarında faşist generallarından, polkovniklərindən tutmuş əsgərə kimi hər rütbəli hərbçi vardı. Müharibənin sonunda Keniqsberqdə xidmətimi davam etdirir, alman əsirlərinə nəzarət edirdim. Bəzən əsirlər qaçırdı. Amma onları tutub geri qaytarırdıq”.

 

Hərbi xidməti ilə əlaqədar Ukrayna, Latviya, Litva, Estoniya, Belarusda olmuş Əlikişi Cümşüdov deyir ki, bir neçə dəfə əsirlərin qaçmasının qarşısını alıb, nümunəvi xidmət göstərib. Göstərdiyi hər bir xidmətə görə, fərqlənməyə görə orden və medallar alıb:

“Biz əsirlərlə ümumiyyətlə danışmırdıq, əsir düşərgəsini kənardan mühafizə edirdik. İçəridə onlara baxan adamlar var idi. İşgəncəyə icazə vermirdilər, bir əsiri də vurmaq olmazdı. Onları yeməklə təmin edirdilər, zavodlarda işlədirdilər. Hər bir şəhərdə əsir düşərgəsi var idi. Aeroportları onlara təmizlədirdik. Gündüz aparıb işlədir, axsam düşərgəyə gətirirdik. 1946-cı ildə Stalin əmr verdi ki, kim iki dəfə və daha çox yaralanıbsa, ordudan tərxis edilsin. Məni də həmin sərəncama əsasən ordudan tərxis elədilər”.

 

Əlikişi Cümşüdov dövlətin ona göstərdiyi diqqətdən də məmnundur. Deyir ki, şəxsən Azərbaycan Prezidentinin qayğısı ilə əhatə olunub. Gəncliyinin 5 ilini müharibəyə qurban verən, sağlamlığından vətənə pay verən Əlikişi Cümşüdov onu da qeyd edir ki, indiki gənclər müstəqil dövlətin, əmin-amanlığın qədrini bilməli, onu qorumalıdırlar.

 

Əslən Laçın rayonundan olan qəhrəmanım Qarabağın tezliklə azad olunacağına da inamını itirməyib, o torpaqlara qayıtmaq arzusu ilə yaşayır. Deyir ki, Azərbaycan ordusunun indiki gücünü nəzərə alsaq, Qarabağı qaytarmaq bir günlük işdir. 98 yaşlı qəhrəmanımızdan daha böyük qələbəni, Qarabağın azad edildiyi günü görməsi arzuyla ayrılırıq.../Müsavat/

 

Versus.Az

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək