37 saylı Laçın məktəbinin şagirdləri Bayraq Muzeyində
Səxavət Məmmədov: “Prezident İlham Əliyevin yürütdüyü siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur”
Ağcabədi şəhər, Taxta körpü qəsəbəsində yerləşən Laçın şəhər 37 saylı tam orta məktəbin direktoru Səxavət Məmmədov başda olmaqla, müəllim kollektivi və şagirdlər Bayraq Muzeyinə ekskursiya ediblər.
Versus.Az-ın məlumatına görə, Bayraq Muzeyi ilə tanışlıq şagirdlərin marağına səbəb olub.
Məktəbin direktoru Səxavət Məmmədov şagirdlərlə təəssüratını bölüşərkən bildirib ki, Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradır:
“Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir”.
Qeyd edək ki, şagirdlər muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medalları ilə tanış oldular.
ARZU
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...