Millət vəkilinin Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə təbriki

19:19 09-05-2019 | icon 400 | Cəmiyyət
Millət vəkilinin Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə təbriki

Mehriban xanım Əliyevanı təbrik edir, Azərbaycan xalqının rifahı naminə çoxsahəli fəaliyyətində uğurlar diləyirəm

 

 

 

RAUF ƏLİYEV

/millət vəkili/

 

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini öyrənmək, əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaranmışdır. 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

 

Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 15 il keçir. Bu on beş il ərzində Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə ciddi islahatların aparılmasına öz töhfəsini vermişdir. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması ilə müşahidə olundu. Bu hərəkatın önündə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva gedir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə diqqət yönəltmişdir.

 

Elə ilk dövrdən təhsilə yardımı vacib hesab edən Fond ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi. Bu, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsində əksini tapdı. Ötən illər ərzində bu layihə əsasında görülmüş işlər nəticəsində Respublikamızın müxtəlif bölgələrində Fond tərəfindən yüzlərlə məktəb binası tikilmiş, təmir olunmş və yenidən qurulmuşdur.

 

Ötən 15 il ərzində Heydər Əliyev Fondu ölkədə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də güclü dəstək olmuşdur. Paytaxtda və respublikamızın müxtəlif bölgələrində tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, Fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yaxından yardım etmişdir.

 

Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasına yönəlmiş fəaliyyəti cəmiyyətdə böyük rəğbət doğurmuşdur. Tolerantlıq mühitinin qorunub saxlanılması Fondun dəstəyi ilə keçirilən beynəlxalq konfranslarda da öz əksini tapmışdır. Fondun prezidenti Mehriban xanım Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Fond bir çox beynəlxalq musiqi festivallarının da təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir.

 

Heydər Əliyev Fondu, həmçinin ölkəmizin dünyada təbliği və zəngin irsimizin tanınması istiqamətində yorulmaz fəaliyyət göstərir. Fondun Azərbaycan mədəniyyəti, incəsənəti, müsiqisi, mətbəxi, ümumiyyətlə milli mədəni-mənəvi dəyərlərimizlə əlaqədar bütün tarixi naliyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Heydər Əliyev Fondunun dövlətimiz və xalqımız qarşısında gördüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Fond irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fondun fəliyyətini yüksək qiymətləndirərək qeyd edib:

"Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir".

 

Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondu xalqımızı ən çox sevdirən onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.

 

Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi münasibəti ilə Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı təbrik edir, Azərbaycan xalqının rifahı naminə çoxsahəli fəaliyyətində uğurlar diləyirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı