ABŞ İrana danışıqlara başlamağı təklif etdi

19:55 09-05-2019 | icon 453 | Dünya
ABŞ İrana danışıqlara başlamağı təklif etdi

ABŞ İrana yenidən danışıqlara başlamağı və məsələləri ətraflı müzakirə etməyi təklif edib.

Versus.Az Azərtac-a istinadən bildirir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə İran ilə yeni danışıqların vaxtının çatdığını bildirib.

B.Huk qeyd edib ki, ABŞ yeni müharibənin başlamasını istəmir və İrana yenidən, hərtərəfli danışıqlar aparmağı təklif edir. Onun sözlərinə görə, əgər danışıqlar başlasa və razılıq əldə edilsə, onda Konqres bu razılaşmanı ratifikasiya edəcək və razılaşma qanuni qüvvəyə minəcək.

Siyasi müşahidəçilərin fikrincə, B.Huk razılaşmanın Konqres tərəfindən təsdiq ediləcəyini bildirməklə onu demək istəyir ki, razılaşma qanunverici orqan tərəfindən təsdiqlənsə, heç bir prezident onu dəyişə bilməz. Bununla, ABŞ İrana zəmanət verir ki, yeni razılaşma olsa, rəsmi Vaşinqton ondan çıxmayacaq.

 

Rəsmi Tehran hələ ki, bu müraciətə cavab verməyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı