“Bu, müxalifətin xeyrinə olacaq”

20:40 09-05-2019 | icon 943 | Siyasət
“Bu, müxalifətin xeyrinə olacaq”

Fuad Əliyev: “Gələcəkdə istənilən birliklərlə əməkdaşlığımız mümkündür”

 

"ADP ilə Ümid Partiyasının müttəfiqliyini çox müsbət qiymətləndirirəm. Partiyalar cəmiyyətin demokratikləşməsi ideyası ilə nə qədər çox təşkilatlanarsa, bu ancaq müxalifətin xeyrinə olacaq".

 

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Ümid Partiyası və ADP-nin müttəfiqliyi ilə yaranan yeni hərəkat və siyasi partiyaların məsələyə reaksiyası ilə bağlı açıqlamasında bildirib.

 

ALDP sədri bildirib ki, əslində bütün təşkilatlar, o cümlədən təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı da məhz cəmiyyətin demokratikləşmə ideyasını ortaya qoyur. Lakin məsələlərə fərqli yanaşmalar var.

 

F.Əliyev AXN-nin gələcəkdə eyni ideya daşıyıcısı olan siyasi təşkilatlarla əməkdaşlıq məsələsinə toxunub:

 

“Bu gün Azərbaycan Xalq Hərəkatı daha geniş spektırı əhatə edir. Biz burdayıq və hələ ki, hansısa təşkilata keçmək istəyində deyilik. Lakin gələcəkdə istənilən birliklərlə əməkdaşlığımız mümkündür”.

 

F.Əliyev eyni zamanda bildirib ki, təmsil olunduğu qurum indiki şəraitdə seçkilərə qatılmağı düşünmür:

 

"Demokratkləşmə prosesi şəffaf seçki mühitinin yaradılmasından keçir. Biz indiki şərtlərlə seçkilərdə iştirak etməyi düşünmürük. Çalışacağıq ki, demokratik seçkinin keçirilməsi üçün qanuni yollar öz həllini tapsın ki, seçkidə iştirak edə bilək. Hələlik isə bugünkü seçki məcəlləsi, seçki kamissiyaları ilə seçkilərə qatılmaq istəmirik”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI