"Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə..."

21:41 09-05-2019 | icon 299 | Siyasət
"Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə..."

Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi "Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir" kimi fikirlər münaqişənin həlli üzrə aparılan danışıqlar üçün çox yanlış ismarışdır.

 

Versus.Az trendə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O bildirib ki, rəsmi Yerevanın son açıqlamaları son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalinin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir:

"Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür".

 

L.Abdullayeva xatırladıb ki, bütün beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət Azərbaycanın tanınmış dövlət sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə, öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı