Mircəfər Bağırovla dostluq münasibəti olmuş Məcid Tağıyev

10:04 10-05-2019 | icon 521 | Tarix
Mircəfər Bağırovla dostluq münasibəti olmuş Məcid Tağıyev
Vətən uğrunda mübarizə aparan hər bir vətəndaş millətinin yaddaşında qalmağa layiqdir. Vətən həmin insanlara qayğı ilə yanaşmalı, onların fədakar şəxsiyyət olduğuna görə dəyərləndirməlidir. 1941-1945-ci illərdə 700 minə yaxın azərbaycanlı öz vətəni uğrunda qəhrəmanasına vuruşurdu .
Versus.Az az times.az-a istinadla qəhrəmanlarımızı yada salmaq məqsədi ilə yazını təqdim edir.
Onların yaxınları həm onların həsrətilə yanır, həm də onlarla fəxr edirdilər. Mən də fəxr edirəm! Vətənimin azadlığı, millətin işıqlı gələcəyi uğrunda mübarizə aparan neçə min həmvətənlilərimizin arasında ictimai xadim, vəpənpərvər, qayğıkeş müəllim, babam – Məcid Əsgər oğlu Tağıyev də vardı.
Məcid Tağıyev 1908-ci ildə Qazax mahalının Muğanlı kəndində anadan olmuşdur. Atası Tağı kişi XIX əsrrin son 10 illiyində erməni–müsəlman münaqişəsinin başlandığı gərgin dövrdə ailəsi ilə birgə doğma yurdu Göyçə mahalının Dərələyəz kəndindən Qazax rayonuna pənah gətirmiş ailələrdən biri idi.
Məcidin babası Tağı kişi Göyçə mahalının ensiklopedik biliyə malik müdrik müəllimlərindən olmuşdur. Ziyalı ailədə böyümüş Məcid ailəsinə layiqli övlad olmağa çalışmış , kənd məktəbini birtirdikdən sonra Qazax müəllimlər seminariyasında oxumuş, 1927-ci ildə seminariyanı bitirib, Bakı Ali Pedaqoji İnstitutuna daxil olmuş, 1932-ci ildə isə buranı bitirmişdi. 1932-1933-cü illərdə isə Qazax RMXŞ-nin müdiri, 1933-1940-cı illərdə isə rayon torpaq şöbəsinin müdiri vəzifəsində, 1940-1941-ci illərdə rayon partiya komitəsinin şöbə müdiri kimi, 1942-ci ildə isə pedaqoji məktəbə direktor təyin edilmişdi.
1942-1945-ci illər ikinci dünya müharibəsinə könüllü qatılmış, 416-cı «Taqanroq dviziyası»nda siyasi işçi olmuşdur. 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmiş döyüşdə ağır yaralanmış, sağ qolunu itirmişdi. 1945-1951 illər maarif şöbəsinin müdiri vəzifəsində çalışmış, 1951-1952-ci illər rayon icraiyyə komitəsinin sədri, 1952-ci ildən 1977-ci ilədək təqaüdə çıxanadək Qazaxda 3 nömrəli səkkizlik məktəbin direktoru vəzifəsində çalışmışdır.
Məcid Tağıyev xalqını sevən ziyalılardan biri idi. Səməd Vurğun, Mircəfər Bağırov kimi şəxslərlə dostluq münasibəti olmuş, 1937-1940-cı illər neçə-neçə gəncləri represiya qurbanı olmaqdan xilas etmişdi. İkinci dünya müharibəsində iştirakına görə 13-dən artıq medalla təltif olumuşdur. Hazırda Məcid Tağıyevin medallar və ordenləri Qazax rayonu muzeyində saxlanılır.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb