"Bu, nə Əli Kərimli, nə də hakimiyyətdən qopanlarla ola bilər" - MÜSAHİBƏ

10:48 10-05-2019 | icon 653 | Siyasət
"Bu, nə Əli Kərimli, nə də hakimiyyətdən qopanlarla ola bilər" - MÜSAHİBƏ

Razi Nurullayev: "Zorla, çevrilişlə “demokratiya” gətirən ya diktatorluq edəcək, ya da..."

 

AXCP sədri Razi Nurullayev cebhe.info-ya müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Razi bəy, bir sıra radikal, dağıdıcı siyasətçilər hansı yolla olursa-olsun, mütləq indiki hakimiyyətin getməsini istəyir və belə görünür ki, onlar üçün bu yolda dayanacaqları sərhəd yoxdur. Siz də bu cür təşəbbüs və çağırışları dəstəkləyirsinizmi?


- Bütün Azərbaycan, bütün siyasətçilər və bütün xalq bilir ki, mən və rəhbərlik etdiyim partiya hakimiyyətin qanuni yolla, Konstitusiya çərçivəsində ötürülməsinin tərəfdarıyıq. Bu yol da seçkilər vasitəsilə mümkündür. Başqa digər yollar dövlət çevrilişi, xalqa, millətə xəyanət və fitnəkarlıqdır. Çünki güc yolu ilə hakimiyyət dəyişikliyi xaos, ölüm, proqnozlaşdırılmayan hadisələr və hətta müstəqilliyimizin təhlükədə qalması, o cümlədən böyük ehtimalla daha çox torpaqlarımızın itirilməsi deməkdir. 

 

- Sizcə, Milli Şura bunu istəmir?


- Güman edirəm ki, “Yurd” sədri Əli Kərimlinin məqsədi istənilən yolla hakimiyyətə yiyələnməkdir. Bu isə yolverilməzdir. Ona görə ki, ağızdolusu danışdığımız demokratiyanı güc yolu ilə gətirmək və saxlamaq mümkün deyil. Zorla, güclə və çevrilişlə “demokratiya” gətirən ya diktatorluq edəcək, ya da demokratiya adı altında ölkəyə xaos gətirəcək. Deyirlər ki, dəyişiklik seçkilər vasitəsilə mümkün deyil, seçkilər saxtalaşdırılır və xalqın iradəsini əks etdirmir. Bu fikirlə razılaşmıram. Çünki istənilən halda İlham Əliyev daha çox səs toplayır. Səbəb isə müxalifətdaxili çəkişmələr, söyüşlər, bir-birinin ayağının altını qazması, müxalifət içində daxili demokratiyanın yerlə yeksan olması, hələ də müxalifətin fəaliyyətində hərc-mərcliyin hökm sürməsi, bunun 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələrə bütünlüklə bənzəməsi və Elçibəy hakimiyyətinə xəyanət edənlərin hələ də meydanda olmasıdır.

 

-  Yəni, seçki yolu ilə dəyişiklik mümkündür?

 

- Seçki yolu ilə dəyişiklik mümkündür, amma bunun üçün gərək ciddi işlər aparaq və müxalifətdaxili münasibətləri səmimiləşdirək. Bu, nə Əli Kərimli, nə də hakimiyyətdən qopanlarla ola bilər. Yəni, bu nə bir, nə iki Əliylə mümkündür. Sağlam qüvvələr birləşməli və yeni siyasi blok formalaşdırmalıyıq. 

 

- Sabiq nazir Əli İnsanov da son müsahibəsində Qərb dairələrinə söykənərək iddialı danışıb… Sizcə, Əli İnsanov....

 

- Bir həqiqəti bilmək lazımdır. Qərbin və ya başqa gücün, ölkənin kresloya oturdacağı prezident xalqa xidmət etməyəcək. Belə prezident xalqa elə divan tutar ki, özündən əvvəlkilərinə bir əsr rəhmət oxutdurar. Azərbaycan xalqının seçimindən kənar şəxsin prezident olmağındansa, qoy İlham Əliyev daha 20-30 il hakimiyyətdə qalsın. Əli İnsanovun ermənilər haqqında bildirdiyi fikir də məni çox narahat edib. Çünki qəşəng el deyimimiz var: “Beş barmağının beşini də bala batırıb ağzına qoysan, deyəcək ki, zəhərdir”.

Ermənilərə var-dövlət də, aşırı demokratiya da versən, yenə  onların siyasətçiləri və zori balayanları torpaq iddiasından əl çəkməyəcək. Bunun üçün də heç kimə məsləhət görmürəm ki, hakimiyyətə yiyələnmək sevdasiyla Azərbaycan xalqını təslimçi sülhə sürükləsin. Xalqımız yox olar, amma buna getməz. Bunu etmək istəyən siyasətçini də linç edər. Axı on minlərlə ailə atasını, anasını, oğlunu, bacısını, qardaşını və digər əzizlərini itirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol