Yeni informasiya portalının təqdimatı keçirilib

11:18 10-05-2019 | icon 362 | Mədəniyyət
Yeni informasiya portalının təqdimatı keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalının (http://heydaraliyev-centers.az) təqdimat mərasimi keçirilib.

 

Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzi ümummilli liderin siyasi irsinin araşdırılması, təbliğ olunması sahəsində böyük işlər həyata keçirir:

“Bir neçə istiqamətdə fəaliyyət göstərən mərkəz istər ölkə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi əsas məkana çevrilib. Mərkəz həmçinin Azərbaycan həqiqətlərinin, tariximizin, mədəniyyətimizin ölkə hüdudlarından kənarda da təbliği və təşviqi istiqamətində layihələr həyata keçirir”.

 

Heydər Əliyev mərkəzlərinin informasiya portalının istifadəyə verilməsini yüksək qiymətləndirən Adil Kərimli deyib ki, bu layihə mərkəzlər fəaliyyətini çevik izləmək imkan yaradacaq. İnformasiya portalı eyni zamanda Heydər Əliyev mərkəzləri arasında sıx əlaqələrin yaradılması, informasiya mübadiləsinin təşkili üçün xüsusi önəm daşıyır.

 

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Heydər Əliyev mərkəzlərinin fəaliyyətindən söz açıb. Bildirilib ki, bu gün Heydər Əliyev mərkəzləri ölkəmizin 60 şəhər və rayonunu əhatə edir. Unikal memarlıq üslubunda tikilən bu mərkəzlər rayonların ən gözəl tikililərindən sayılır və yerli əhalinin, gənclərin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir.

 

Qeyd olundu ki, Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsi, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliği Heydər Əliyev mərkəzlərinin əsas vəzifəsidir. Mədəniyyət Nazirliyi bu mərkəzlərin fəaliyyətini bir pəncərədə birləşdirmək, onların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə interaktiv veb-portal hazırlayıb.

 

Rafiq Bayramov vurğulayıb ki, rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalı bu mədəniyyət ocaqlarının fəaliyyətinin günün tələblərinə uyğun səviyyədə qurmağa kömək edəcək, stimullaşdıracaq, Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində yeni-yeni nailiyyətlərə sövq edəcək.

 

Sonra portalın təqdimatı olub. Məlumat verilib ki, portal Heydər Əliyev mərkəzləri haqqında bütün zəruri məlumatları özündə ehtiva edir. Portalda hər mərkəzin öz səhifəsi var. Burada mərkəzin yaradılması, binası, bu müəssisəyə dair sənədlər, rəhbərlik və əməkdaşlar, muzey sahələri, qalereya, kitabxana, dərnəklər, kurslar və s. məlumatlar əksini tapıb.

 

Bundan əlavə, hər mərkəzin səhifəsində Heydər Əliyevin həmin rayona səfərləri, bölgənin sosial-iqtisadi həyatında oynadığı rol, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, mərkəzə yaxın mədəniyyət müəssisələri və rayon haqqında məlumatlar da yer alır.

 

Portalın ən böyük üstünlüyü Heydər Əliyev mərkəzlərində keçirilən tədbirlərin, rayonun sosial-iqtisadi, siyasi həyatına dair vacib xəbərlərin operativ şəkildə ictimaiyyətə təqdim edilməsidir. Bu isə ay ərzində çoxsaylı informasiyanın dövriyyəyə daxil olmasına, müasir informasiya texnologiyalarından istifadənin asanlaşmasına töhfə olacaq.

Təqdimatdan sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənovanın mərkəzlərin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxışları dinlənilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı