Azərbaycanın Los Ancelesdəki baş konsulu təltif edilib

11:41 10-05-2019 | icon 351 | Siyasət
Azərbaycanın Los Ancelesdəki baş konsulu təltif edilib

ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası (Council of Pakistan) Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan (Asad Majeed Khan) tərəfindən Los Ancelesdə keçirilən mərasimdə təqdim olunub. Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə “dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə” verdiyini elan edib.

 

Tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, müxtəlif şəhərlərin merləri, şəhər şuralarının üzvləri və icma nümayəndələri iştirak ediblər.

Baş konsul mərasimdə çıxış edərək, təşkilata təşəkkürünü bildirib. N.Ağayev Azərbaycan ilə Pakistan arasındakı tarixi dostluq əlaqələrini və bu gün müxtəlif sahələrdə həyata keçirilən güclü əməkdaşlığı qeyd edib. Hər iki xalqın tarixən ən ağır zamanlarda bir-birinin yanında olduğunu və bu qardaşlığın bu gün iki dövlət arasında olan münasibətlərin yüksək səviyyədə inkişafı üçün güclü zəmin olduğunu qeyd edib. Diplomat Los Ancelesdəki Pakistan icmasına daim Azərbaycanın yanında olaraq, haqq səsimizin çatıdırlması və ədalət uğrunda apardığımız mübarizədə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya modelinin Los Ancelesdə tanıdılması üçün Baş Konsulluq burada yaşayan həm Pakistan icması, həm də bir çox digər etnik və dini icmalarla sıx əməkdaşlıq edir, mütəmadi qaydada müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən tədbirlər keçirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı