"Bütün məcburi köçkünlər yaxın aylarda müasir evlərlə təmin olunacaq"

11:44 10-05-2019 | icon 336 | Cəmiyyət
"Bütün məcburi köçkünlər yaxın aylarda müasir evlərlə təmin olunacaq"

Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər yaxın aylar ərzində müasir mənzillərə təmin ediləcək.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin probleminin həll edilməsi üçün işlər aparılır:

 

"Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək".

 

Komitə sədri qeyd edib ki, təxminən ilyarımdan sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin mənzillərlə tam təmin olunduğunu deyə biləcəyik.

 

Rövşən Rzayev əlavə edib ki, dövlət başçısı tərəfindən qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı