İcra başçısı binanın həyətini və yolunu hasarlayır

11:47 10-05-2019 | icon 355 | Sosial
İcra başçısı binanın həyətini və yolunu hasarlayır

Nizami rayonu, Qara Qarayev küçəsi 30, metronun "Qara Qarayev" stansiyasının çıxışında yerləşən yol və park ərazisi qanunsuz olaraq hasarlanmağa başlanılıb.


Versus.Az xəbər verir ki, bu barədə Demokrat.az-a ərazidə yaşayan sakinlər məlumat verib. 


Sakinlər iddia edir ki, ərazidə başladılan işlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun göstərişilə həyata keçirilir:


"Ərazidə işlər ötən il başladılmışdı. Ancaq ötən il ölkə Prezidenti bir neçə icra başçısını vəzifəsindən azad etdi və Bakıda qanunsuz tikililərə qarşı sərt tədbirlər görülməyə başladı. Bu zaman ərazidə görülən işlər qəfil dayandırıldı. Hətta, ərazidə qurulan dəmir dirəklər də tez bir zamanda sökülmüşdü. Görünür, icra başçısı Arif Qasımov vəziyyətin sakitləşməsini gözləyirdi. Artıq yenə ərazi hasarladılır. Burada iş aparan adamlar deyir ki, onlara tapşırıq icra başçısı tərəfindən verilib. İcra başçısı hasarlanan ərazidə nə isə obyekt tikdirəcək".

 

Sakinlər ərazidə aparılan hasarlanmanın qanunsuz olduğunu deyirlər:

"Binanın həyəti və yolu qanunsuz şəkildə hasarlanıb. Burada uşaqlar oynayırdılar, sakinlər istirahət edirdilər. Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edirik: icra başçısının qanunsuz tikinti işləri aparmasına imkan verməyin".

 

Sakinlər bildirir ki, əgər qanunsuz hasarlanma işləri tezliklə dayandırılmasa, o zaman Prezident Administrasiyasının qarşısına toplanaraq, şikayət ediləcək.


Sakinlərin şikayəti əsasında Demokrat.az-ın əməkdaşları sözügedən əraziyə yollanıb. Həmin ünvanda hasarlanmanın aparıldığı müşahidə edilib.

Saytın ərazidən çəkilən fotolarını təqdim edirik. 

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı