"Ərdoğan İstanbul üçün savaşır"

12:03 10-05-2019 | icon 816 | Geopolitika
"Ərdoğan İstanbul üçün savaşır"

"Sabiq prezident Abdullah Gül və keçmiş baş nazir Əhməd Davudoğlunun uzaqlaşması, əlbəttə, AKP-nin nisbətən zəifləməsinə səbəb olmaya bilməzdi".

Versus.Az xəbər verir ki, politoloq Ramiyə Məmmədova Türkiyədə gedən siyasi prosesləri şərh edərkən deyib. O, əhəmiyyətli isimlərin AKP ilə yollarını ayırmasının əsas səbəblərindən danışıb:

 

“Referendum vasitəsilə dəyişdirilən konstitusiya ilə ölkə parlament idarəçiliyindən prezident hakimiyyətinə keçdi. Bu sistemdə seçilən ilk prezident də Rəcəb Tayyib Ərdoğan oldu. Beləliklə, AKP Türkiyəyə yeni sistem gətirdi. Lakin bəzi siyasətçilər AKP-nin Türkiyəyə yeni sistem gətirsə də, yeni siyasət gətirə bilmədiyini düşünür. AKP-nin hakimiyyətə yeni gəldiyi zaman ölkənin başında duran Prezident Abdullah Gül ikinci dəfə seçkiyə qatılmayaraq öz postunu baş nazir, hazırkı prezident Ərdoğana təhvil verdi. Ərdoğanın baş nazir olduğu və prezidentlik dövründə eyni yolla çıxdığı A.Gül və baş nazir Əhməd Davudoğlu ilə yolları ayrıldı. Partiya daxilində hər ikisi ilə olan fikir ayrılığı hakimiyyətdə güc mənbəyinin də ayrılmasına gətirib çıxardı.

Ərdoğanın baş nazir olduğu dövrdə onun Güldən daha xarizmatik və güclü bir lider olduğu, Gəzi parkı olaylarında və s. hadisələrdə baş nazirin gücünün prezidenti (A.Gül) daha da üstələdiyi üzə çıxdı.

Gülün hakimiyyətdə olduğu zamanlar da Azərbaycanla münasibətində heç bir problem yox idi. Sadəcə olaraq, Gülün artıq dərəcədə olan tolerantlığı o zaman həm mediada, həm də beynəlxalq aləmdə bir çox problemlər yaratdı. Gülün tolerantlığı, erməni açılımı ilə bağlı fəaliyyəti və yaxınlarının yanında “erməni soyqırımı” ilə bağlı yanlışlıqları ona qarşı mənfi rəy yaratdı. Eləcə də Kürdüstanın yaradılmasının İraqın daxili məsələsi olduğunu və Türkiyənin qarışmamalı olduğunu deməklə Gül nüfuzunu itirdi”.

İkinci fiqur olan Ə.Davudoğlunun da özünü Ərdoğanla eyni səviyyədə görməsi, liderlik həvəsi, onunla kəllə-kəlləyə gəlməsi, daha çox ona qarşı çıxması, sərbəstliyini və qərbyönümlülüyünü daha çox göstərməsi Ərdoğanın Davudoğlunu hakimiyyətdən uzaqlaşdırması ilə nəticələndi. Əlbəttə ki, hər bir tanınmış fiqurun getməsi AKP-nin bir növ zəifləməsinə səbəb oldu. Çünki onların hər biri AKP-nin yaranmasında böyük rol oynamış şəxslər idi”.

 

Politoloq adı çəkilən şəxslərin AKP-dən uzaqlaşmasının bir sıra müsbət tərəfləri də olduğunu söyləyib:

“Əlbəttə, A.Güllə Ə.Davudoğlunun AKP-dən getməsi xalq arasında birmənalı fikir yaratmadı. Bütün bunlara baxmayaraq, Ərdoğanın yürütdüyü siyasət Türkiyəni başqa dövlətlərin onunla hesablaşacağı, beynəlxalq aləmdə sözünü deyə biləcək bir dövlətə çevirdi”.

 

R.Məmmədova hazırda hakim partiyanın üzləşdiyi problemlərdən də danışıb:

“Türkiyənin Suriyadakı savaşa qatılması və ABŞ-la olan münasibətlərdəki gərginlik iqtisadiyyatına çox böyük zərbə vurur. İstanbul seçkilərinin ləğvi də dolların kursuna təsirsiz ötüşmədi.

Bu gün İstanbulun yenidən seçkiyə hazırlanması birmənalı qarşılanmır. Amma siyasi baxımdan yanaşsaq, AKP İstanbulu verməklə öz iş fəaliyyətini də zəiflətmiş olardı. Çünki AKP-nin həm maddi, həm mənəvi cəhətdən layihələrinin 80 faizi İstanbulla bağlıdır. İstanbul Türkiyənin yarısı hesab olunur. Buna görə də Ərdoğan və komandası İstanbul üçün, belə demək mümkünsə, savaş başladıb. Yenə də son qərarı xalq verəcək. Güman edək ki, seçkidə Türkiyə cəmiyyəti və demokratiyası qazanacaq”.

 

Qeyd edək ki, bundan əvvəl türkiyəli politoloq Əhməd Takan Ə.Davudoğlunun yeni partiya yaratmağa hazırlaşdığını, A.Gülə partiya liderliyini təklif etdiyini bildirmişdi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı