Jurnalistlərə vahid kartın verilməsi zəruridir

14:39 10-03-2018 | icon 737 | KİV
Jurnalistlərə vahid kartın verilməsi zəruridir

"Bununla da jurnalisikaya aidiyyəti olmayanların mediaya daxil edilməsinin qarşısı alınar"

Mətbuat Şurası Azərbaycan jurnalistikası üçün faydalı işləri ilə yadda qalıb və qarşıdakı dövrdə də jurnalistikanın inkişafı üçün səmərəli fəaliyyət göstərəcək.

Versus.az xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

V.Rəhimzadə jurnalistlərə vahid kartın verilməsi ilə bağlı səsləndirilən fikirləri dəstəklədiyini bildirib:

"Bununla jurnalisikaya aidiyyəti olmayan insanların mediaya daxil edilməsinin qarşısı alınar. Bəzən həbsaxanada olan, jurnalistikaya aidiyyəti olmayan insanlara jurnalist vəsiqəsi verirlər, sonra da bundan qarayaxma məqsədilə istifadə edirlər. Bunun qarşısı alınmalıdır”.

O bildirib ki, adam var, 15 sayt yaradır, insanlara qarşı mənəvi terror, şantaj xarakterli əməllər törədir:
“Mətbuat Şurası bununla bağlı xəbərdarlıq edib, ancaq qəti tədbirlər görülməlidir. Bu, təkcə şantaj deyil, cəmiyyətimizi, mədəniyyətimizi, tariximizi ləkələməkdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI