Elnarə Dərziyea BDU-nun jurnalistika fakultəsində
Versus.Az xəbər verir ki, əməkdar jurnalist Elnarə Dərziyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
20 ildən artıqdır ki, jurnalistika sahəsində fəaliyyət göstərən Elnarə Dərziyeva əsasən sosial və kriminal jurnalistika ilə bağlı təcrübəsini bölüşüb, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Kriminal jurnalistikanın təhlükəli olması ilə yanaşı, maraqlı, faydalı tərəflərindən də bəhs edib.
"Belə görüşlərin ən çox dəyərləndirdiyim tərəfi tələbələrin birinci kursdan etibarən sual vermək vərdişləri qazanmaqlarına təsiridir. Sağ olsunlar, yalnız diqqətlə dinləməklə kifayətlənməyib suallarını da verdilər. Aralarında kriminal jurnalistika sahəsi üzrə ixtisaslaşmaq həvəsinə düşənlər də oldu. Uğurlar!" - deyən Elnarə xanım bu dəvətdən və ümumiyyətlə, keçirdiyi gündən son dərəcə məmnun qaldığını bildirib:
"1997-2002. Bakı Dövlət Universitetində sonuncu dəfə 17 il əvvəl, tələbəlik dönəmində olmuşam. Uzun illərdən sonra bu ali təhsil ocağına bir telejurnalist kimi dəvət olunmaq və 20 illik təcrübəmi bölüşmək qürurvericidi. Tələbələrin aktivliyini xüsusilə qeyd etmək istəyirəm. Jurnalistikanın kriminal və sosial araşdırmalarla bağlı bölümü gənclərimizin, həqiqətən də, marağına səbəb oldu.Bunu onların mənə ünvanlıdıqları suallardan da görmək mümkün idi. Dəvətə görə fakultəmizin dekanı, dəyərli həmkarım Vüqar Zifəroğlu və Anzulə Pərvizqızına təşəkkürümü bildirirəm.. Tələbələrimizə isə uğurlar diləyirəm!"
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...