Ümummilli liderin xatirəsinə həsr olunmuş sərgi

14:04 10-05-2019 | icon 764 | Ədəbiyyat
Ümummilli liderin xatirəsinə həsr olunmuş sərgi

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illik yubileyi və anadan olmasının 96-cı ildönümü münasibətilə uzunmüddətli sərgi təşkil edib.

 

Sərgidə “Milli mənəvi dəyərimiz”, “Üstün zəka”, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Hidayət Orucov), “Azərbaycanda aqrar islahatlar” (Qərib Məmmədov), “Millətin atası” (Hüseynağa Mirələmov), “Xilaskar” (Eldar Elduası), “Böyük öndər” (Eldar İsmayıl), “Heydər Əliyev və kinematoqraf” (Aydın Kazımzadə), “Heydər Əliyevin dil siyasəti” (Vilayət Əliyev), “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” (Məlahət Həsənova), “Müdrikliyin zirvəsi” (Balayar Sadiq), “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (Abuzər Xələfov), “Bir taledə iki ömür. Xatirələr və düşüncələr” (Teymur Yəhyayev), “Гейдар Алиев и русская культура”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” və digər kitablar nümayiş olunur.

 

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar haqqında məlumat MEK-in elektron kataloqunda əks olunub. Kitablar e-formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında MEK tərəfindən hazırlanmış videofilm kitabxananın oxucularına və ziyarətçilərinə gün ərzində nümayiş etdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…