Avtomobil Yolları Dövlət Agentliyində Heydər Əliyevin xatirəsi anıldı

15:16 10-05-2019 | icon 373 | Gündəm
Avtomobil Yolları Dövlət Agentliyində Heydər Əliyevin xatirəsi anıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri" adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, Agentlikdən verilən məlumata görə qurumun rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin AAYDA-nın binasındakı büstü önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

 

Tədbir AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhvələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açaraq Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyulduğunu bildirib.

 

S.Məmmədov qeyd edib ki, bu gün həmin islahatların nəticəsində ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər olub, yol infrastrukturuna dair böyük əhəmiyyət daşıyan layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.

 

Bununla yanaşı, idarə heyətinin sədri Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayanmasından geniş söhbət açıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin