Atamın qol qaldırıb oynaya bilməməsi və Paşinyanın “yallı”sı...

19:23 10-05-2019 | icon 817 | Köşə
Atamın qol qaldırıb oynaya bilməməsi və Paşinyanın “yallı”sı...

Hər kim nə oynayırsa, oynasın, amma səbrimizlə oynamasın

TAMİLLA QULAMİ

/ÜMİD Partiyasının sədr müavini/

 

Mən heç bir zaman atamın qol qaldırıb rəqs etdiyini görmədim... Xatırlamıram... Oynaya bilmirdi atam. Amma gözəl rəqs edənlərə hər zaman həvəslə azarkeşlik edərdi. Hətta evə gələn kimi “Süleymani” havasını mızıldanar, qardaşımla mənim rəqs etməyimi istəyərdi. Biz də ki, dündən razı. Qardaş-bacı bütün toylarda birlikdə oynamağımız üçün qohumlar rica edərdi. O qardaş ki, bu gün o da qolunu qaldıra bilmir...

 

İnanıram ki, biz yenidən o bəy havasını qardaşımla oynayacağıq... Həm də işğaldan azad olan torpaqlarımızda...


Hə, onu deyirdim axı... Mən atamın heç bir zaman qol qaldırıb oynadığını görməmişdim, amma atamın qolunu qaldırıb vətən qorumaq üçün silah tutduğunu görmüşdüm... Atamın qol qaldırıb oynaya bilməzkən Paşinyanın qol qaldırıb “yallı” oynadığı o torpaqlarımızı qorumaq üçün qol qaldırıb avtomat tutduğu qolunu bu gün bir daha qırdılar içimdə...

 

Biz bir savaş cocuqları idik. Onlar qollarını qaldırıb savaş topu atardı, biz gözlər önündə, dağıntılar içində oyuncaq toplarını arayan cocuqlardıq... Biz o qolların nədən qalxdığını bilməzdik. Amma...

 

Böyüdük. Qırıq qollarla, bükülü boyunlarla böyüdük... Qorxunun anlam daşımadığı kiçik gözəllik axtardığımızda uşaq kimi sevinən də biz idik, ümidli olan da. Və əlbət əlini qaldırıb oynaya bilməyən o ataların sayəsində torpaq sevgisiylə böyüdük...

 

Bircə şeyə ümid edir və inanıram. Torpaqlarımızdan vaz keçməyən bizlərin qollarını qıra bilərlər, amma o torpağa dönəcəyimiz günə inamı, ümidi kimsə qıra bilməyəcək. Hər kim nə oynayırsa, oynasın, amma səbrimizlə oynamasın!


Bu gün bu yazdığıma istehza ilə gülə bilənlər də olacaq, eybi yox, gülsünlər. Amma mən inanıram, mən güvənirəm, mən ümid edirəm ki! ...Atalarımızın qollarının qırıldığı o torpaqlarda Paşinyanlar “yallı” oynayacaqları günlərin həsrətini çəkəcək bir gün. Mütləq çəkəcək! O günlər çox da uzaqda deyil!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI