Ulu öndərin ömür kitabını vərəqləyir, öyrənirik

22:37 10-05-2019 | icon 656 | Cəmiyyət
Ulu öndərin ömür kitabını vərəqləyir, öyrənirik

NƏRMİNƏ ABBASOVA

/Mayomed Medical Fizioterapiya Mərkəzi nin baş həkimi/

 

 

Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqı, biz səhiyyə işçiləri Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun keçdiyi ömür yolunu kitab kimi vərəqləyir, öyrənməyə çalışırıq.

 

Ulu öndər özünün bütün həyatını ölkəmizin yüksəlişinə, insanların xoşbəxtliyinə həsr edib. O, daim xalqın sağlamlığına taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni dövlətin, xalqın həyatında ən mühüm sahə kimi qiymətləndirib.

Mayomed Medical Fizioterapiya Mərkəzinin rəhbərliyi və personalı ulu öndərin Azərbaycan Səhiyyəsinin inkişafına verdiyi töhfələri daim yüksək qiymətləndirir və öz fəaliyyətində ona layiq olmağa çalışır.

 

Bu gün ulu öndərimizin səhiyyəmiz haqqında dediyi sözləri xatırlatmaq istərdim: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

 

Bəli, Heydər Əliyevin bu sahə üzrə xidmətləri misilsizdir. Ulu öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi:

“Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.

 

Heç təsadüfi deyil ki, ulu öndərin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün səhiyyə sistemində tibb ocaqları müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilib. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, islahatlar aparılıb. Bu işdə ilk növbədə səhiyyənin dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar qəbul olunub. O cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.

 

Ulu öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan özəl səhiyyə sisteminin tətbiqi həm də tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açdı. Özəl və dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu.

 

Tərəddüd etmədən deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Məhz elə buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafına qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.

 

Heydər Əliyevin tibb kadrları üzrə siyasətinin davamı olaraq yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də qəbul edilir.

 

Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən Mayomed Medical Fizioterapiya Mərkəzi Heydər Əliyevin səhiyyə siyasətinə uyğun olaraq insanların sağlamlığının qorunmasının müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür