Nazirliyin nümayəndələri İSESKO-nun növbədənkənar sessiyasında iştirak edib

09:07 11-05-2019 | icon 351 | Mədəniyyət
Nazirliyin nümayəndələri İSESKO-nun növbədənkənar sessiyasında iştirak edib

Mayın 9-da Səudiyyə Ərəbistanının Məkkə regionunda İSESKO Baş Konfransının 3-cü növbədənkənar sessiyası keçirilib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycrinin səlahiyyət müddətinin qalan hissəsi üçün baş direktor vəzifəsinə yeni namizədin təqdim edilməsi və təsdiqlənməsi idi.

 

İclas zamanı Səudiyyə Ərəbistanı Krallığı tərəfindən namizədliyi irəli sürülmüş Dr. Salim bin Məhəmməd Əl-Malik (Dr. Salim bin Mohammed Al-Malik) İSESKO-nun yeni baş direktoru vəzifəsinə seçildi.

Sessiyada ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şahin Abdullayev, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə və Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova yer almışdır.

 

Sessiyada çıxış edən Vaqif Əliyev İSESKO-Azərbaycan münasibətlərindən daşınaraq Əbdüləziz Osman Əl-Tüveycrinin təşkilatın fəaliyyətinə, xüsusilə də Azərbaycanla məhsuldar münasibətlərin formalaşmasına olan töhfəsini vurğuladı və eyni zamanda yeni baş direktora gələcək fəaliyyətində uğurlar arzuladı.

 

Qeyd edək ki, Azərbaycan 2015-2018-ci illərdə İSESKO Baş Konfransının sədri olmuş, hazırda isə təşkilatda məruzəçi ölkə statusunu daşımaqdadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”