"Qəsdən təxribat törədirlər ki, polis bu məsələlərə müdaxilə etsin"

09:54 11-05-2019 | icon 414 | Siyasət
"Qəsdən təxribat törədirlər ki, polis bu məsələlərə müdaxilə etsin"

Versus.Az musavat.com-a istinadən xəbər verir ki, YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində indiki həssas mərhələdə müxalifətin mitinqlərinə icazə verilməməsinin səbəbləri barədə danışıb.

 

O bildirib ki, hər dəfə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırır ki, bunlar götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Burada hər hansı təxribat ola bilər və təxribata görə sərbəst toplaşma ilə əlaqədar bəzi məsələləri qeyd edir. Lakin onlar ardıcıl şəkildə əllərində bir fakt olsun deyə, bu məsələni qabardırlar. Müxtəlif bəhanələri ortaya atırlar ki, Avropa İttifaqı ilə imzalanacaq sənədə kölgə salsınlar”. 

 

"Avropa İttifaqı ilə imzalanacaq sənədə kölgə salmaq istəyirlər"

S.Novruzov həmçinin bildirib ki, mitinq keçirəndə müxalifətin özlərinin təxribat törədəcəkləri, sonra bunu iqtidarın üzərinə atacaqları versiyası var. Bu, ən ciddi məsələdir:

 

“Bunlar da hansı partiyanın tərəfdarı olmasına baxmayaraq, Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövləti onların təhlükəsizliyini müdafiə edir. O baxımdan da dövlət maraqlıdır ki, onlar təhlükəsiz yaşasınlar, çalışsınlar, fəaliyyət göstərsinlər. İkincisi də mitinqi təşkil edənlər həmişə xəbərdarlığa imza atırlar. “Sərbəst toplaşma haqqında” Qanunda var ki, milli, dini ayrı-seçkilik, dini, milli qarşıdurma, silahlı çevriliş, dövlət çevrilişinə cəhd çağırışlarına yol verilməsin. Lakin öhdəlik götürmələrinə baxmayaraq, onlar hər dəfə bu öhdəliyi pozurlar, qəsdən təxribat törədirlər ki, polis bu məsələlərə müdaxilə etsin. Lakin polis səbirlə davranır və imkan vermir ki, bunlar təxribatdan bəhrələnsinlər. Beləliklə, onlar öz öhdəliklərinə əməl etmədikləri üçün növbəti mitinqlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmir”.

 

“Mitinq qadağası Azərbaycana qarşı dost olmayan xarici qüvvələr tərəfindən istifadə olunur”

 

Bəs hansısa müxalifətçilər mitinqdə təxribat törədə bilərlərmi? Yaxud da tamamilə kənar qüvvə mitinqdə təxribat törədib müxalifətin və ya hakimiyyətin üzərinə ata bilərmi?

Pənah Hüseyn ile ilgili görsel sonucu

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisin komitə sədri ehtimallarla danışmamalıdır. Qanun bu məsələləri konkret şəkildə tənzimləyir. Əgər ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, yaşaması və fəaliyyəti üçün belə təhdidlər varsa, bu məsələ də aydın deyilməlidir, ehtimallar şəklində səslənməməlidir:

 

“Konkret olaraq isə bu cür fikirlər YAP-ın bir sıra deputatlarına xas olan heç bir fakta əsaslanmayan antimüxalifət fikirlərdən biridir. Müxalifət faktiki olaraq şərlənir. Tamamilə əsassız, heç bir əsası olmayan söhbətdir. Sərbəst toplaşmaq azadlığının pozulmasına haqq qazandırmaq üçün müxalifətə qarşı irəli sürülən fikirlərdir. Arzu edərdik və tələbimiz də ondan ibarətdir ki, məsələlərə ciddi yanaşılsın. Sərbəst toplaşmaq azadlığı sahəsindəki hazırkı vəziyyət Azərbaycana qarşı heç də dost olmayan xarici qüvvələr tərəfindən istifadə olunur. Həmin dost olmayan tərəflərin əlindən bəhanəni almaq üçün sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır”.

 

“Müxalifətin dövlət çevrilişi hazırladığını bəyan edib, siyasi təşkilatların fəaliyyətinə qadağa qoysunlar”

 

Ä°lgili resim

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, hökumətin əlində müxalifətçilərin öz mitinqlərində təxribat törədəcəkləri barədə informasiya varsa, o zaman “bu niyyətdə olanları nə səbəbdən neytrallaşdırmırlar” sualı meydana gəlir:

 

“Səyavuş müəllimin təxəyyülünün zənginliyindən xəbərdar idim, amma bu dərəcədə yox. Əvvəla, müxalifət öz tədbirində təxribat nədən törətməlidir, məqsəd nə ola bilər? Əgər təxribat lazımdırsa, müxalifət təxribatçıdırsa, onu niyə mitinqdə etməlidir? Müxalifət iqtidara belə şans yaradırsa, nədən hakimiyyət belə göydəndüşmə imkandan istifadə etmir? Səyavuş müəllim belə məlumata malikdirsə, o zaman bu niyyətdə olanları nə səbəbdən neytrallaşdırmırlar?

Nə isə... Cavab verməyə çətinlik çəkəcəkləri suallar çoxdur. Mənim bir məsləhətim var iqtidar nümayəndələrinə. Belə xırdaçılığa getməyin. Konstitusiyanın tanıdığı hüquqlardan çəkindiklərindən xəbərdarıq. Elə birdəfəlik müxalifətin dövlət çevrilişi hazırladığını bəyan edib, siyasi təşkilatların fəaliyyətinə qadağa qoysunlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI