Erməni əsir və girovlarla bağlı Moskvanın təklifindən danışdı

10:34 11-05-2019 | icon 372 | Qarabağ
Erməni əsir və girovlarla bağlı Moskvanın təklifindən danışdı

İnqilabçı baş nazirin əsas təbliğat rıçaqı əldən çıxır; erməni müdafiə naziri əsir və girovlarla bağlı Moskvanın təklifindən danışdı - Dilqəm və Şahbazın qapısı açılır? başqa bir erməni nazirdən acı etiraf: “Biz 1988-ci ilə kimi...”

 

Ermənistanda “məxməri inqilab”dan 1 il ötsə də, baş nazir Nikol Paşinyanın başından inqilab havası hələ çəkilməyib. Bu günlər o, öz xalqına verdiyi böyük vədlərin nədən çin olmadığı haqda danışmaq yerinə inqilabi, populist çıxışlarını davam etdirir. Ac-yalavac ermənilərə çörək əvəzinə, tamaşa vermək siyasətini davam etdirir. Şuşanın işğalının ildönümündə onun Şuşada Azərbaycan yallısı getməsi və yerli separatçı rejimi də inqilabla hədələməsinin başqa anlamı yoxdur.

“Əgər kimsə Qarabağı əks-inqilab ocağına çevirsə, Qarabağ xalqı onu inqilab ocağına çevirəcək”. Bunu Paşinyan deyib. Beləcə, o, bir yandan qorxudursa, digər yandan təbii ki, özü də qorxur. Çünki Dağlıq Qarabağdakı separatçı rejimin hazırkı liderinin (Bako Saakyan) və keçmiş rəhbərlərinin (Robert Köçəryan, Serj Sərkisyan) Moskvaya bağlı sadiq adamlar olduğunu yaxşı bilir.    

*****

Bu arada erməni inqilab liderinin ölkə daxilində reytinqinin sürətlə düşdüyü məlum olub. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Paşinyanın reytinqini müəyyən etmək üçün növbəti dəfə ictimai rəyi araşdırıb və məlum olub ki, (virtualaz.org) baş nazirin reytinqi enməkdə davam edir. “Jamanak” qəzetinin yazdığına görə, tədqiqatın nəticələrinə əsasən yeni bir antirekord - 34 faiz müəyyən edilib (Son parlament seçkiləri zamanı bu göstərici 73% idi!).

“Cəmi üç ay əvvəl keçirilmiş sorğunun nəticələrinə görə, baş nazirin reytinqi 30% yüksək idi. Paşinyanın reytinqi əhalinin bütün təbəqələri və yaş qrupları arasında aşağı düşüb”, - nəşr qeyd edib.

 

Əslinə qalsa, təəccüblü deyil. Səbəb odur ki, hazırkı baş nazir inqilab öncəsi erməni xalqına verdiyi vədlərin heç birini tuta bilməyib. Ermənilərin sosial-iqtisadi durumu yaxşılaşmayıb, vəd olunan yeni iş yerləri açılmayıb, yoxsulluğun səviyyəsi, ölkədən kütləvi köçün miqyası azalmayıb, xarici borclar artıb, Ermənistanın Rusiya qarşısında müstəqilliyi isə möhkəmlənməyib, əksinə, Paşinyan Ermənistanı Rusiyaya daha güclü şəkildə bağlanıb. Dağlıq Qarabağ ətrafında vəziyyət də ortada.  

Bütün hallarda enməkdə olan reytinq Paşinyana ciddi siqnal olmalıdır. Çünki yüksək ictimai etimad Paşinyanın daim öyündüyü və siyasi rəqiblərinə qarşı mübarizədə istifadə elədiyi ən güclü silah idi. Yavaş-yavaş bu silah əldən çıxır. Bir səbəb də onun komandasının səriştəsizliyi ilə bağlıdır.

*****

Ancaq Ermənistanda hakimiyyət başına kim gəlir-gəlsin, Qarabağ məsələsində real dönüş olmayınca, qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri normala salınıb, blokada rejimi aradan qalxmayınca işğalçı ölkə stabil inkişaf yoluna çıxa bilməyəcək. Bu da onların öz etirafı.

Saakyan Sərkisyan ile ilgili görsel sonucu

“1988-ci ilədək biz öz imkanlarımızla hərbi-sənaye ölkələrinin siyahısında birinci 30-luqda idik. Bundan sonra səriştəsiz, uzağı görməyən, yanlış qərarlar ucbatından biz o dövlətlərin yüzlüyündən çıxarıldıq. Məhz bu üzdən bizim zavodlarımız dağılıb, böyük bazarlarımız yoxdur”.

Versus.Az xəbər verir ki, bu barədə mayın 9-da Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan jurnalistlərə deyib. “Ermənistanın insan potensialı var. O adamlar indi taksi sürücüsü işləyirlər. Onların potensialından istifadə eləmək lazımdır. Bu səbəbdən biz yeni nazirlik yaradırıq. Biz yeni strateji plan tərtib edəcək və proqramları maliyyələşdirməyə başlayacağıq”, - deyə nazir bildirib.

Ancaq bu maliyyənin haradan tapılacağını o söyləməyib. Problem də elə budur - maliyyə. Onu isə nə Qərb verir, nə də Rusiya. Rusiyanın elə böyük maliyyə imkanları yoxdur. Qərb isə pulu boşuna vermir. Rusiyanın bölgədəki forpostuna, dayağına isə ümumiyyətlə, vermir. Buna Nikol Paşinyan hakimiyyətdə olduğu 1 ildə yəqin ki, artıq əminlik hasil edib.

*****

ermənistanda inqilab ile ilgili görsel sonucu

Ermənistanın yeni iqtidarı neçə vaxtdır az qala, hər addımda Qərbə deyil, Rusiyaya sədaqətli olduğunu nümayiş etdirməklə, onu Qərblə təhdid eləməklə Moskvadan əlavə imtiyazlar qoparmağa çalışır. Ancaq hələ ki nəticə onun gözlədiyi kimi deyil. İrəvanın əsir və girovları “Hamını hamıya” prinsipilə dəyişdirilməsi ilə bağlı Bakının, ardınca Moskvanın çağırışına son reaksiyası da yəqin ki, bu hədəfdən qaynaqlanır.

“Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Dəqiqləşmə gedir ki, kimi kimlə dəyişdirək”. Bunu Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda jurnalistlərə bildirib. Jurnalistlər Tonoyandan Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “Hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. O, Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin aparıldığını deyib.

“Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi, mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq” - Tonoyan bildirib. Jurnalistlər nazirdən soruşublar: hamını hamıya dəyişdirmək olarmı? Tonoyan isə deyib: “Hazırda mən bu haqda danışa bilmərəm”.

Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.

Tonoyanın açıqlaması erməni tərəfində bu məsələ ilə bağlı müəyyən yumşalmanın, daha dəqiqi, Moskvanın çağırışı qarşısında geri çəkilmənin olduğunun təzahürü sayıla bilər. Artıq Rusiya qarşısında manevr imkanı qalmayan Paşinyan iqtidarının bu məsələdə tam geri verəcəyi də istisna deyil. İrəvan anlayır ki, artıq Moskvaya qarşı getmək zamanı deyil. Demək, Dilqəm və Şahbazın da qapısı açıla bilər..."/Yeni Müsavat/

 

Versus.Az              

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin