Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun qəbul ediblər

11:05 11-05-2019 | icon 378 | Dünya
Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun qəbul ediblər

Fransa Milli Məclisi (parlamentin aşağı palatası -red) ötən ay yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini bəyənib.

 

Versus.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" bildirib.

Məlumata görə, qanun layihəsi 13 saatlıq müzakirədən sonra parlament üzvləri tərəfindən qəbul edilib. Bundan sonra o, Senatın mayın 27-də baş tutacaq müzakirəsinə göndəriləcək.

Qanun layihəsində xüsusi halda söhbət kilsənin təmirinə ianələr bağışlayacaq insanlara vergi güzəştlərinin edilməsindən gedir. Qanun layihəsi kilsənin təmirinə yığılmış vasitələrin xərclənməsi üçün nəzarət üzrə xüsusi komitənin yaradılmasını nəzərdə tutur.

Notr-Dam kilsəsində yanğın aprelin 15-də, axşam saatlarında baş verib. Yanğınsöndürənlər alovu yalnız növbəti gün tamamilə söndürməyə nail olublar.

Fransa paytaxtında yerləşən Notr-Dam kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı