Millət vəkili Böyükşəhər Bələdiyyəsinə təkliflərlə çağırış edib

22:06 10-03-2018 | icon 528 | Siyasət
Millət vəkili Böyükşəhər Bələdiyyəsinə təkliflərlə çağırış edib

Millət vəkili Qənirə Paşayeva İstanbulda Azərbaycanın və bütün türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib və Böyükşəhər Bələdiyyəsinə təkliflərlə çağırış edib.

Versus.az-ın məlumatına görə, İstanbulda Türk Ocaklarının təşkilatçılığı ilə keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb. Millət vəkili bildirib ki, 20-ci əsrin əvvəllərində, Qars bölgəsi də daxil olmaqla, Anadoluda insanlarımız Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı:

“Yetim qalam qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. Birinci Dünya müharibəsində Şərq cəbhəsindəki məğlubiyyət üzündən Rusiya imperiyası və silahlandırdığı erməni terror şəbəkəsi Qars da daxil olmaqla buraları işğal edəndə, zülmlər törədəndə Əhməd Cavad Novruz bayramı zamanı yazdığı şeirində “orda insanlarımız belə acı çəkirsə, bizim bayram keçirməyə haqqımız yoxdur” deyirdi və o acını, ağrını şeirində əks etdirirdi”.

Q.Paşayeva bu gün dillərdən düşməyən “Çırpınırdı Qara dəniz” şeiri də daxil olmaqla, Ə.Cavadın bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsinin olduğunu deyib.Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə danışan millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb:

“Bizim dədələrimiz, Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” sözlərini vurğulayan Qənirə Paşayeva Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq bildirib ki, hər bir türk Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.  Millət vəkili Q.Paşayeva çıxışında İstanbul Böyükşəhər bələdiyyəsinə çağırış da səsləndirib. O, bildirib ki İstanbulda Əhməd Cavad adını daşıyan küçənin və ya parkın olması önəmli bir addım olardı və İstanbul Böyükşəhər bələdiyyəsini bu təklifi gerçəkləşdirməyə çağırıb, bunun qısa zamanda reallaşacağına ümid etdiyini deyib.  Tədbirdə tanınmış alimlər İsmail Türkoğlu, Mehdi Gəncəli  də geniş çıxış ediblər. Tədbirin təşkilatçısı İstanbul Türk Ocaqlarının başqanı Cezmi Bayram, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun rəhbəri, professor İlham Məmmədzadə Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı ilə bağlı çıxışlar ediblər. Tədbirin sonunda çıxışçılara təşəkkür plaketləri təqdim olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür