İran metallurgiyasına ağır zərbə

11:16 11-05-2019 | icon 708 | Geopolitika
İran metallurgiyasına ağır zərbə

Xəbər verdiyimiz kimi, ABŞ İranın metallurgiya sənayesinə sanksiya tətbi etməyə başlayıb. Ağ Evin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, sanksiyalar İranın neftdənkənar ən böyük gəlir mənbələrindən biri sayılan metallurgiya sənayesinə investisiya qoyan, yaxud İranda istehsal olunan metallurgiya məhsullarını alan şirkətlərə şamil olunacaq.

 

Versus.Az xarici mətbuata istinadən bildirir ki, ABŞ prezidenti Donald Trampın imzaladığı əmrlə bağlı Konqresə göndərdiyi izahat məktubunda qeyd olunur ki, qərar İranın nüvə silahı əldə etmək yönündə fəaliyyətlərini maliyyə mənbələrindən məhrum etməyə yönəlib.

Sanksiyalar İran metallurgiya sektorunda işləyən, yaxud buradakı şirkətlərin səhmlərinə və digər qiymətli kağızlarına malik olan fiziki və hüquqi şəxslərə şamil ediləcək. Trampın əmri metallurgiya sektoru üzrə İrandan əhəmiyyətli həcmdə məhsul və xidmət alanlara qarşı yönəlib. Daha dəqiqi, İranda dəmir, alüminium,  polad və mis hasilatında, daşınmasında, satışında və nəqlində iştirakçı olan bütün fiziki və hüquqi şəxslər ABŞ-ın qara siyahısına daxil ediləcəklər. Həmçinin bu şəxslərə hər hansı hüquqi, iqtisadi və maddi yardım edənlər də cəzalandırılacaqlar.

İranda Metallurgiya ile ilgili görsel sonucu

ABŞ Maliyyə Nazirliyi bildirib ki, İran metallurgiya sənayesində çalışan hüquqi və fiziki şəxslərə sanksiya rejiminə uyğunlaşmaq üçün 90 gün vaxt verilir.

Qeyd edək ki, İran metallurgiya sənayesinin inkişafına 40 il əvvəldən başlasa da, bu sahədə yalnız son 5 ildə böyük nailiyyətlər əldə olunub. Belə ki, İranın ixrac gəlirlərinin 10 faizi bu sahənin paylına düşür. Bu ölkə dünya üzrə faydalı qazıntı ehtiyatlarına görə ilk 15-liyə daxildir - ehtiyatlarının həcmi 800 milyard dollardan yuxarı qiymətləndirilir. Son illərdə İran polad, dəmir, alüminium və mis məmulatlarının istehsalı və ixracı sahəsində böyük nailiyyətlər əldə edib.

Əsas metallurgiya müəssisələri İsfahan, Rəşt və Yəzd ətrafında yerləşir.

Ä°lgili resim

Azərbaycan İrandan polad, dəmir və alüminium məmulatları idxal edir. Ötən il İrandan armatur idxalı ətrafında böyük qalmaqal da yaranmışdı. Belə ki, ilin 9 ayında İrandan 120 min ton armaturun idxal olunması Azərbaycandakı istehsalçıları narazı salmışdı.Onların müraciəti əsasında İrandan idxal olunan armaturun gömrük rüsumuna cəlb olunan dəyəri bir ton üçün 200 dollardan 500 dollara qaldırılıb. Buna baxmayaraq, idxal əvvəlki həcmdə olmasa da, davam etdirilir.

İrandan Azərbaycana metallurgiya məmulatları idxal edən sahibkarlarla apardığımız söhbətdən məlum oldu ki, iş adamları ABŞ sanksiyalarının idxala hər hansı təsirini real saymırlar: “Bu gün İrandan metallurgiya məmulatlarının idxalı ilə kiçik və orta sahibkarlar məşğul olur. Belə sahibkarların ABŞ-la, yaxud ABŞ şirkətləri ilə iqtisadi inteqrasiyası sıfır səviyyədədir. Bu baxımdan, sanksiyaların idxala hər hansı təsiri olmayacaq. Ola bilsin ki, cüzi sayda böyük şirkətlər İrandan mal idxalını dayandırmağa məcbur olsun. Onlar üçün alternativ mənbə tapmaq çətin olmayacaq - Rusiya və Ukrayna kimi bazarlar var”.

 

Sahə üzrə mütəxəssislərin fikrincə, ABŞ sanksiyaları ilk növbədə İranın metallurgiya sənayesində çalışan Avropa şirkətlərinə zərər vuracaq: “İran son illərdə özünün metallurgiya sənayesinə Avropa şirkətlərini və texnologiyalarını cəlb etmək üçün böyük işlər görmüşdü. Düzdür, Avropa ölkələri BMT tərəfindən dəstəklənməyən ABŞ sanksiyalarına etirazlarını bildiriblər. Amma təcrübə göstərir ki, hələlik belə etirazlar effektiv addımlarla tamamlanmır. Bu baxımdan, metallurgiya sektorundakı hasilatçı şirkətlərin sektoru tərk edəcəyi daha gözləniləndir. Bu isə İranın qabaqcıl texnologiyalardan məhrum olmasına gətirib çıxaracaq. Yəni ölkənin hasilat, xammal və yarımfabrikat, hazır məhsul istehsalı sahələrində inkişaf tezliklə dayana bilər. Son illərdə İran metallurgiya sahəsində Rusiya ilə yaxından əməkdaşlıq edirdi, bu baxımdan, sanksiyalardan iri Rusiya şirkətləri də zərər çəkəcəklər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol