Rasim Musabəyovun popkornlu “qələbəsinə” sərt reaksiyalar

11:25 11-05-2019 | icon 378 | Cəmiyyət
Rasim Musabəyovun popkornlu “qələbəsinə” sərt reaksiyalar

Deputat Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə popkorn satan uşağa həsr etdiyi status ətrafında gedən müzakirələr bitmək bilmir. 

 

 

Ən müxtəlif sahələrin təmsilçiləri R.Musabəyovu sərt şəkildə qınayır, tənqid edir. Hətta təhqir həddinə çatacaq statuslara da rast gəlirik.

Məhz onun statusundan sonra azyaşlı uşağın “Azneft”dəki həmin yerdə olan budkası götürülüb. Bu da hiddəti daha da artırıb. Artıq məsələyə Təhsil Nazirliyi reaksiya verib ki, həmin uşağa dəstək veriləcək.

İlham İsmayıl: “Bu, düşünülmüş və planlı şəkildədir”

Vaxtilə R.Musabəyovla birlikdə Müsavat Partiyasının rəhbərliyində təmsil olunan sabiq MTN polkovniki  İlham İsmayıl təəssüfləndiyini dilə gətirdi: “Rasim Musabəyovu kifayət qədər qabiliyyətli, bilikli, siyasi təfəkkürü olan şəxs kimi tanımışam. O, Doğru Yol Partiyasından Müsavata gəlmişdi. 2003-cü ilə qədər onu qabiliyyətli şəxs olaraq tanımışam. Son popkorn hadisəsini misal gətirək. Rasim bəy 16 il öncə Müsavatdan çıxıb. Görünür, bu illər ərzində onda bəzi şeylər dəyişib. Məişət səviyyəsində olan bir məsələni üzə çıxarması onun son 26 ildə təfəkküründə bir aşılanmanın getdiyinin göstəricisidir. Buna çox təəssüflənirəm.

İlham İsmayıl ile ilgili görsel sonucu

O, siyasi qabiliyyət yiyəsi olub. Ölkənin bu qədər problemləri ola-ola Rasim bəyin popkorn məsələsini bu şəkildə qaldırmasına çox təəssüflənirəm. İndiyə qədər ölkəmizdə müxtəlif rəhbərlərin dövründə məsul vəzifələrdə çalışan bir şəxsin qəfildən belə addım atmasına, sadəcə, üzülürük. Açığı, ondan bunu gözləmirdim. Səhv etdiyi və nəticənin belə olacağını gözləmədiyi haqqında nəsə yazsaydı, daha yaxşı olardı. O uşağın işlə təmin olunmağını, bunun üçün kömək etməyə hazır olduğunu bildirsəydi, daha müsbət qarşılanırdı. Məsələnin üstünə israrla getməsi onu göstərir ki, bu düşünülmüş və planlı şəkildədir. Təəssüf etmək lazımdır ki, Milli Məclisin üzvü görün, hansı işlərlə məşğuldur. Burada söhbət təkcə Rasim Musabəyovdan getmir, ümumi parlament barədə danışa bilərik. Ölkənin nəhəng problemləri var. Buradan Gürcüstan problemi çıxıb, oradan Qarabağ problemimiz var, daxildə etnik separatizm qalxır. Belə bir vəziyyətdə popkorn satanla məşğul olmaq parlamentin mahiyyətindən xəbər verir”.

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Aydın Mirzəzadə: “O uşağı oradan aparatı ilə çıxartmaq yox...”

Deputat Aydın Mirzəzadə sosial şəbəkələrdə həmkarına status həsr edib: “O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

Eynulla Fətullayev ile ilgili görsel sonucu

Eynulla Fətullayev: “Rasim, iy sənin vücudundan və şəxsiyyətindən gəlir”

Virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev deputatın əsl kimliyini sübut etmək üçün belə bir status paylaşıb: “Babası NKVD cəlladı, Abbas Zamanovun kürəkəni, özü komsomolçu, keçmiş kommunist, sonra müsavatçı, ondan əvvəl Mütəllibovun müşaviri, sonra Tamerlan Qarayevin katibi, İsa Qəmbərin köməkçisi, Rövşən Cavadovun məsləhətçisi, Oqtay Əsədovun deputatı...

Rasim Musabəyov 9 il ərzində deputatlıq fəaliyyəti dövründə ictimai maraqlar naminə bir dəfə belə çıxış etməyib, korrupsiyadan danışmayıb - Eldar Mahmudov və Ziya Məmmədov haqda belə susub, ölkənin problemlərinə biganə qalıb... Nəhayət, danışdı. 70 yaşlı kişi Bakı küçələrində popkorn satan balaca kasıb uşağın budkasını dağıtmağa çağırıb. Guya küçədən iy gəlir. Rasim, iy sənin vücudundan və şəxsiyyətindən gəlir. Utanmaz deputat..."

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı