Qəbul imtahanların düzgün cavabları bu saatda canlı yayımlanacaq - RƏSMİ

12:04 11-05-2019 | icon 474 | Təhsil
Qəbul imtahanların düzgün cavabları bu saatda canlı yayımlanacaq - RƏSMİ
2019-cu il mayın 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçiriləcək.
 
Versus.Az xəbər verir ki, məlum olduğu kimi, hər il imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.İmtahanlardan dərhal sonra DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları , ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat veriləcək. Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş boyu ekranda yerləşdiriləcək. Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “WhatsApp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “WhatsApp” nömrə canlı yayım zamanı elan olunacaq. Suallarınızı [email protected] elektron poçtuna da göndərə bilərsiniz. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı