Millət vəkili Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlara etiraz edib

09:14 12-05-2019 | icon 649 | Siyasət
Millət vəkili Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlara etiraz edib

Qənirə Paşayeva: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat hərəkətlər yolverilməzdir"

 

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Milli Məclisdə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziqurinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşdə bir sıra vacib məsələləri diqqətə çatdırıb.

 

Versus.Az-ın məlumatına görə, Q.Paşayeva Gürcüstanın Axalkalaki bölgəsində erməni terrorçusu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalında və dəhşətli vandalizm aktlarının törədilməsində iştirak etmiş Mixail Avakyana abidə qoyulmasına etirazını bildirib və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat hərəkətlərin yolverilməz olduğunu deyb. Millət vəkili və bu cür təxribatların qarşısının dərhal alınmasının vacibliyini vurğulayıb.

 

Qənirə Paşayeva Gürcüstandakı bəzi siyasi və dini nümayəndələrin Keşikçidağ abidələri ətrafında yaratmaq istədikləri heç bir tarixi əsası olmayan gərginlik və onun strateji Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsiri barədə fikirlərini bölüşüb. O, Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlarla çıxış edən Gürcüstanın bəzi din və siyasət nümayəndələrinin açıqlamalarına etirazını səsləndirib. Millət vəkili bildirib ki, onların əməllərinə, açıqlamalarına Gürcüstan rəsmiləri və milət vəkilləri dərhal reaksiya verməlidir və iki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır. Bu, hər iki ölkənin ictimai rəyinin düzgün yönləndirilməsi nöqteyi-nəzərdən də vacibdir.

 

Qənirə Paşayeva Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, oxşar acı yaşantıların da birləşdirdiyini diqqətə çatdırıb. Bu baxımdan, o, hər iki ölkənin ərazi bütövlüyünə qəsddən, işğal faktından söz açıb.

Millət vəkili Azərbaycan və Gürcüstan arasındakı dostluq və mehriban qonuşuluq münasibətlərini pozmağa çalışan qüvvələrin mövcudluğunu dilə gətirib. O, həmçinin Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlardakı təmsilçiliyinə də toxunub. O, iqtidar və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, azərbaycanlı deputatların hər zaman Gürcüstanla bağlı məsələlərdə Gürcüstanın maraqlarından çıxış etdiyini vurğulayıb. Eyni yanaşmanın hər iki ölkənin parlamentariləri üçün aktuallığını önə çəkib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR