"İlin İşgüzar Xanımı" oldu

16:57 11-03-2018 | icon 183 | Cəmiyyət
"İlin İşgüzar Xanımı" oldu

Millət vəkili Qənirə Paşayeva "İlin İşgüzar Xanımı" mükafatına layiq görülüb.

Versus.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Qadınlar Günü münasibətilə təşkil olunmuş tədbirdə Mətbuat firmasının təsis etdiyi "İlin İşgüzar Xanımı" mükafatına layiq görülüb.

O, millət vəkili kimi qanunverici orqanda, ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biri olaraq bu mükafata layiq görülüb.

Bu mükafata layiq görüldüyü üçün təşkilatçılara təşəkkürünü bildirən Qənirə Paşayeva bütün qadınları Qadınlar Günü münasibətilə təbrik edib:

"Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımız işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad edəcəyik. İnşallah Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda da gözəl bayramları qeyd edəcəyik. Bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi