28 may “Azərbaycan Milli Günü” elan edilib

12:38 13-05-2019 | icon 302 | Siyasət
28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.

 

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

 

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.

 

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?