Azərbaycan hərbi helikopterləri Türkiyədədir
“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.
Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.
Xəbər lenti
“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI
Mahnının musiqi və vokal əhvali-ruhiyyəsi qorunub saxlanılsa da...