“Euronews” V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlayıb

14:07 13-05-2019 | icon 466 | Mədəniyyət
“Euronews” V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlayıb

“Euronews” kanalında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, reportajda 2 gün ərzində Forumda müzakirə olunan məsələlər və dünyanı narahat edən problemlərin çözülməsi istiqamətində aparılan müzakirələrə toxunulub. Vurğulanıb ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir-birimizlə sadəcə ünsiyyətdə olmaqla sülhə necə dəstək göstərilməsini aydınlaşdırmağa çalışıb.

 

Videomaterialda qeyd edilir ki, Foruma 35 beynəlxalq təşkilatı və 100-dən çox ölkəni təmsil edən 500-dən çox qonaq qatılıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin də Forumda iştirakı vurğulanır.

 

Qeyd edilir ki, Bakı forumunda ayrı-ayrı ölkələrdə ekstremizmlə mübarizə, dini, etnik zəmində münaqişələrin aradan qaldırılması, gənclərin bu işdə fəal rolu və beynəlxalq ictimaiyyəti narahat edən digər aktual məsələlərlə bağlı məhsuldar və səmərəli müzakirələr aparılıb. Eyni zamanda, Forumda dini və etnik tolerantlıq kimi mühüm məsələlər diqqət mərkəzində olub.

 

https://www.euronews.com/2019/05/09/sri-lankan-movement-seeks-to-reduce-communal-violence-through-dialogue

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı