"Mən artıq bu nifrətin içində boğuluram"

14:37 13-05-2019 | icon 408 | Gündəm
"Mən artıq bu nifrətin içində boğuluram"

“İlham Əlievdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”.



Versus.Az xəbər verir ki, bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədəki statusunda yazıb:

 

"İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik".

 

E.Milli qeyd edib ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək:

"Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.

İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var.

Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə.

Berlində bu kafedə oturmuşam bu köhnə kresloda. Dedim düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol